Ərdoğanın Azərbaycan səfəri - Fotolarda (Yeniləndi)
Bizi izləyin

Nida.az

Ərdoğanın Azərbaycan səfəri - Fotolarda (Yeniləndi)

Ərdoğan Azərbaycan səfəri - Fotolarda (Yeniləndi)

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmi qeyd edilib.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Təkbətək görüş başa çatdıqdan sonra prezidentlərin birgə naharı olub. Onun ardınca nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olub. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan əvvəlcə mətbuat üçün bəyanatlarla çıxış edib, sonra jurnalistlərin sualları cavablandırıblar.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar.

18.30

Publika.Az Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın Bakı səfərinin fotolarını təqdim edir. Fotolar baş nazirin şəxsi "Feysbuk" səhifəsindən götürülüb.

15.30

Türkiyə baş nazir Rəcəb Tayyib Ərdoğan Bakıda rəsmi səfərdədir.

Bu barədə TRT kanalı məlumat verib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qardaş Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Görüşmələrə başlamaq üçün baş nazir hazırda prezident İlham Əliyevin Zaqulbadakı iqamətgahına yola düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm