• USD 1,7001 +0,01% EUR 1,9983 -0,15%
    • GBP 2,2653 -0,11% RUB 0,0287 -0,35%

PA rəsmisi: “Avropa məkanında yeganə ölkə Azərbaycandır ki...”

  • Nida.az
  • 26 May 2016 16:38
  • 469 Baxış
PA rəsmisi: “Avropa məkanında yeganə ölkə Azərbaycandır ki...”

Bu gün Bakıda Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (AGTMŞ) XIV Hesabat – Seçki Konfransı keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və bir sıra rəsm şəxslər iştirak edib.

Çıxış edən AGTMŞ-nin sədri Şahin Seyidzadə təmsil etdiyi Şura haqqında tədbir iştirakçılarına məlumat verib.

O bildirib ki, Şura 1995-ci ildən fəaliyyət göstərir: “Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarını Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir”.

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov qeyd edib ki, bu gün ölkədə qeydiyyatdan keçən 3000-ə yaxın qeyri-hökumət təşkilatı (QHT) var: “Onlardan 300-ü də məhz gənclər təşkilatıdır. AGTMŞ QHT sektorunda yeganə qurumdur ki, onun yaranmasında bilavasitə iştirak etmişəm. Bu gün ölkədə çox sayda gənclər təşkilatı var. Milli Şura kollektiv üzvlərinin sayına görə ən böyük gənclər platformasıdır. Beynəlxalq qurumlarla əməkdaşlıq eədn gənclər təşkilatlarından biridir”.

T.Süleymanov qeyd edib ki, müstəqillik dövründə Azərbaycanda nümunəvi gənclik siyasəti formalaşıb: “Avropa məkanında yeganə ölkə Azərbaycandır ki, ayrı-ayrı gənclərin fərdi layihələri maliyyələşdirilir. Bu günə qədər 3 226 layihə maliyyələşdirilib ki, bunun da 1/3 hissəsi gənclərə məxsusdur”.

Konfransda seçkili orqanlara seçkilər keçirilib.

Səsvermə ilə Seymur Hüseynov Gənclər Təşkilatları Milli Şurasının sədri, İlyas İsmayıllı və Aysun Zeynalova isə sədr müavinləri seçilib.

Konfransda həmçinin, Şuranın Mərkəzi Nəzarət –Təftiş Komissiyası və İdarə Heyətinin tərkibi də formalaşdırılıb.

Qeyd edək ki, Şuranın tərkibində 112 gənclər təşkilatı var.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>