Nida.az
Erməni müəllif: “Ermənistan gizli şəkildə əraziləri qaytarmağa razılaşıb”
“Eduard Nalbandyanın mayın 26-da dilə gətirdiyi fikirlər
Azərbaycanın Vyanada atəşkəsə nəzarət mexanizmi ilə bağlı məsələyə
imza atmadığını göstərir”.
Publika.az xəbər verir ki, bu barədə erməni müəllif Naira
Ayrumyan “lragir” saytında yayımlanan məqaləsində yazıb.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan aprel
döyüşlərindən sonra danışıqlara qayıtmaq üçün üç şərt irəli
sürmüşdü. O şərtlərdən biri də “münaqişə bölgəsində atəşkəsin
pozulması hallarına nəzarət” idi. Ermənistan hökuməti mayın 16-da
keçirilən Vyana görüşündə İrəvanın bütün şərtlərinin qəbul
edildiyini iddia edirdi. Halbuki, atəşkəsə nəzarət mexanizmi
münaqişənin həllinin vaxtının uzadılmasına səbəb olan hal hesab
olunur və rəsmi Bakının bununla razılaşacağına dair şübhələr var
idi.
Nalbandyanın “Azərbaycan Vyanada yekun bəyanata qoşulmadı, başqa
sözlə, Qarabağda vəziyyətə nəzarət üçün avadanlığın gətirilməsi və
ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin
genişlənməsi ilə razı deyil” deyə dünən səsləndirdiyi bəyanatı isə
rəsmi Bakının heç bir öhdəlik götürmədiyini, yalnız əvvəlki kimi
münaqişənin sürətli həlli məsələsini irəli sürdüyünü göstərir.
N. Ayrumyan da yazır ki, bu, əvvəl qəbul edilmiş gizli razılıqdan
da imtina edilmədiyini göstərir: “Bu, münaqişənin “mərhələli həll”
variantını özündə əks etdirir. Belə ki, birinci mərhələdə müəyyən
ərazilər qaytarılır, daha sonra Qarabağın statusu məsələsinə
baxılır. Ermənistan uzun illər bu planla razılaşmırdı. Amma
Nalbandyan artıq faktiki olaraq razı olduqlarını dilə gətirdi. O
bildirdi ki, Ermənistan “mərhələli həll” planının “paket həll”
planı ilə uzlaşdırılmasını istəyir”.
Qeyd edək ki, həm “mərhələli həll”, həm də “paket həll” planı işğal
olunmuş ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Dağlıq
Qarabağın gələcək statusu isə Azərbaycanın tərkibində həll
olunur.
N. Ayrumyan qeyd edir ki, Ermənistan 800 hektar ərazinin
itirildiyini etiraf etməklə, artıq birinci mərhələnin
uyğunlaşdırılmasına başladı: “Sarkisyan da aprel döyüşlərində
itirilən ərazilərin qaytarılmasına ehtiyac görmədiyini deməklə,
bunu legitimləşdirdi. Sarkisyan ikinci addımla razılaşmaq üçün
Vyanaya getdi. Güman ki, erməni rəhbərliyini inandırdılar ki,
Ermənistan birinci mərhələ ilə razılaşacaqsa, yəni müəyyən
ərazilərin qaytarılmasına razı olacaqsa, Azərbaycan Qarabağda öz
müqəddəratını təyin etmə məsələsinə baxa bilər. Amma bu Bakının
razılaşdığı demək deyil, sadəcə baxa biləcəyi deməkdir. Görünür,
rəsmi Bakı bütün ərazilərin boşaldılmasını tələb edir, yalnız ondan
sonra növbəti mərhələyə keçidə razıdır”.
Asif Nərimanlı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?