İlham Əliyev ATƏT PA-nın xüsusi nümayəndəsini qəbul etdi
Bizi izləyin

Nida.az

İlham Əliyev ATƏT PA-nın xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenini qəbul edib.

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenin Prezident İlham Əliyevə Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırdı və təşkil olunmuş rəsmi qəbulda iştirak etdiyini vurğulayaraq dövlətimizin başçısının tədbirdə söylədiyi nitqin əhəmiyyətini qeyd etdi. O, tədbir iştirakçılarının Prezident İlham Əliyevın nitqini böyük maraqla izlədiklərini dedi. Kristian Viqenin Prezident İlham Əliyevin atdığı addımların Azərbaycanın beynəlxalq arenada böyük nüfuz qazanmasına xidmət etdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq məsələlərindən danışdı.

Söhbət zamanı Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq əlaqələri müzakirə edildi, bu əməkdaşlığın hazırkı vəziyyətinin məmnunluq doğurduğu bildirildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, son danışıqlar prosesi və münaqişənin həllinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm