İlham Əliyev Kann meri ilə görüşdü
Bizi izləyin

Nida.az

İlham Əliyev Kann meri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Fransanın Kann şəhərinin meri Devid Lisnardı qəbul edib.

Fransa şəhərləri ilə Azərbaycan şəhərləri arasında çox sıx əlaqələrin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev Fransanın və Azərbaycanın 10-dan artıq şəhərinin qardaşlaşdığını və bu şəhərlər arasında yaxşı təmasların yaradıldığını məmnunluqla qeyd etdi. Ölkələrimiz arasında əlaqələrin də yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı regional əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını dedi. Kannın Fransanın gözəl memarlığa və infrastruktura malik şəhərlərindən biri olduğunu qeyd edən Prezident İlham Əliyev qonağın ölkəmizdə də maraqlı yerlərlə tanış olacağını əminliklə qeyd etdi. Dövlətimizin başçısı Fransanın Kann şəhərinin meri Devid Lisnardın ölkəmizlə və şəhərimizlə yaxından tanış olması üçün səfərin yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi.

Kann şəhərinin meri Devid Lisnard bildirdi ki, Azərbaycana səfərinin məqsədi Fransanın Kann şəhəri ilə Qəbələ şəhəri arasında əməkdaşlığı genişləndirməkdir. Devid Lisnard Kannın kiçik bir şəhər olduğunu, lakin dünyada tanındığını vurğuladı. O, Azərbaycanın öz inkişafını möhkəm zəmində formalaşdırmasının və öz mədəniyyətini dünyada təşviq etməsinin əhəmiyyətini qeyd etdi.

Görüşdə mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm