• USD 1,7008 +0,01% EUR 1,9972 -0,29%
    • GBP 2,1893 -0,72% RUB 0,0284 0,00%

Apreldə müharibənin dayandırılmasının əsl səbəbi AÇIQLANDI - VİDEO

  • Nida.az
  • 27 May 2016 20:33
  • 6 826 Baxış
Apreldə müharibənin dayandırılmasının əsl səbəbi AÇIQLANDI - VİDEO

"Aprelin 4-də müharibə dayandırılmasaydı Azərbaycan işğal edilmiş ərazilərini qısa müddətə - 15-20 günə, bəlkə də 1 aya tam azad edə bilərdi".

ANS TV-nin məlumatına görə, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov aprelin əvvəlində cəbhədə yaşanan gərginliyə beynəlxalq təşkilatların münasibətini şərh edərkən səsləndirib.

O, Azərbaycanın bunun üçün yetərincə gücə sahib olduğunu, lakin beynəlxalq aləmin buna imkan vermədiyini əlavə edib.

"Həm orduda xidmət edənlərin, həm Azərbaycan xalqının, həm də ölkə başçısının torpaqların azad edilməsi üçün iradəsi, əzmi ortada idi. Biz Azərbaycan olaraq beynəlxalq münasibətlərin tərkib hissəsiyik. Dünya siyasətinin aktorlarından biriyik. BMT Təhlükəsizlik Şurasının, BMT nizamnaməsinin müəyyən tələbləri var ki, biz həmin tələblərə əməl etməliyik. Biz ötən iki ildə BMT təhlükəsizlik şurasının üzvü olduq. Beynəlxaq qurumların normaları var ki, bu tipli münaqişələr dinc yolla həll edilməlidir", - deyə Əli Həsənov bildirib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR