Azərbaycan Prezidenti Efiopiya və Nepalın dövlət başçılarını təbrik edib
Bizi izləyin

Nida.az

Azərbaycan Prezidenti Efiopiya və Nepalın dövlət başçılarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının prezidenti Mulatu Teşomeyə təbrik məktubu unvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına əmin-amanlıq və rifah arzulayıram".

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının Prezidenti Bidhya Devi Bhandariyə də təbrik məktubu ünvanlayıb:

"Hörmətli xanım Prezident,

Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Nepal xalqına sülh və tərəqqi diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm