CAR-da Respublika Günü münasibətilə ziyafət təşkil edilib - FOTO
Bizi izləyin

Nida.az

CAR-da Respublika Günü münasibətilə ziyafət təşkil edilib - FOTO

26 may 2016-cı il tarixində CAR-ın inzibati paytaxtı Pretoriya şəhərində 28 May Respublika Günü münasibətilə CAR-dakı Səfirliyimiz tərəfindən ziyafət təşkil edilib.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, tədbirə CAR-ın dövlət strukturlarının rəsmiləri, millət vəkilləri, CAR-da akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, azərbaycan və türk icmasının üzvləri, CAR-da təsis edilmiş “Azərbaycanın Dostları” yerli QHT-sinin üzvləri, KİV-lər və iş adamları qatılıb.

Dövlət himnlərinin səsləndirilməsindən sonra ilk olaraq çıxış edən Azərbaycan Respublikasının CAR-dakı Səfiri cənab Elxan Poluxov 1918-ci ilin 28 may tarixində yaranmış və cəmi 23 ay ömür sürmüş Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi barəsində qısa məlumat verərək, mövcudluğu dövründə Cümhuriyyət yaradıcıları tərəfindən həyata keçirilmiş tədbirlər barəsində danışıb. Bu xüsusda, E.Poluxov Azərbaycan Cümhuriyyətinin İslam dünyasında ilk demokratik və dünyəvi respublika olduğunu xüsusi vurğulayaraq, demokratik dəyər və prinsiplərin Cümhuriyyət tərəfindən həyata keçirilmiş islahatlar və qəbul edilmiş qərarlarda öz əksini tapdığını deyib. Xüsusilə dini, irqi mənsubiyyətindən, həmçinin cinsindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu və qadınlara seçki hüququnun verildiyini diqqətə çatdırıb.

Azərbaycan Demokratik Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının banisi Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı və regional liderə çevrilməsində misilsiz xidmətləri barəsində danışan səfir E.Poluxov bu strateji siyasi xəttin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini əlavə edib.

Daha sonra səfir E.Poluxov ümumilikdə regional inteqrasiya proseslərinə başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsi barəsində danışaraq, Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə sadiq qaldığını, lakin təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından münaqişənin hələ də öz həllini tapmadığını bildirib və Azərbaycanın öz ərazi bütövlüyünü bərpasını istənilən yolla bərpa edəcəyini əlavə edib.

Çıxışında Elxan Poluxov həmçinin Azərbaycan və CAR-ın ikitərəfli və çoxtərəfli platformada əməkdaşlığı, əldə edilmiş nəticələr və qarşıda duran planlar barəsində danışmış, bu xüsusda, Azərbaycan-CAR Ticarət Palatasının təsis edildiyini və Azərbaycan haqqında kitab nəşr edildiyini əlavə edib.

Daha sonra CAR tərəfindən Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin Baş Direktor müavini səfir Ebraim Saley çıxışı edərək, Respublika Günü münasibətilə CAR hökumətinin səmimi təbriklərini çatdırıb. CAR-ın Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini qeyd edən səfir Ebraim Saley Azərbaycanın yerləşdiyi regionun lider dövləti olduğunu bildirib. Demokratik dövlət quruculuğu yolunda hər iki dövlətin bənzər inkişaf tarixi keçdiyini vurğulayan E. Saley münasibətlərin inkişafı üçün mövcud potensialın dəyərləndirilməsi sahəsində CAR hökumətinin yaxından əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm