Nida.az
İlham Əliyev: Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir (YENİLƏNİB)
"Əlbəttə, xarici siyasətimizin və nəinki xarici
siyasətimizin, ümumiyyətlə, siyasətimizin əsas məsələsi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən
bu məsələ ilə bağlı dəfələrlə fikirlərimi bildirmişəm. Azərbaycanın
mövqeyində heç bir dəyişiklik yoxdur və xalq da bu mövqeyi
dəstəkləyir, bəyənir".
Bunu Prezident İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika
Günü münasibətilə təşkil edilən rəsmi qəbulda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bu münaqişə Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllini tapmalıdır: "Bunun başqa yolu
yoxdur. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və
qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsi icra edilməlidir, status-kvo dəyişdirilməlidir. Mən
şadam, Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri, xarici
işlər nazirləri, digər nümayəndələr artıq birmənalı şəkildə
deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir.
Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Çünki
status-kvo Ermənistanı qane edir, onlar sülh istəmirlər. Onlar
istəyirlər ki, bu status-kvo əbədi qalsın. Onlar istəyirlər ki, bu
danışıqlar sonsuz olsun. Yəni, görüntü, imitasiya naminə danışıqlar
aparılsın. Biz dəfələrlə demişik ki, bu, mümkün deyil. Biz artıq 20
ildən çoxdur ki, gözləyirik. Vasitəçilər həmişə bizə gözləyin, sülh
yolu ilə həll edin deyirlər. Son vaxtlar bunu daha da tez-tez
təkrarlayırlar. Biz də istəyirik ki, sülh yolu ilə həll olunsun.
Kim istəyər ki, müharibə başlasın?! Amma biz istəyirik ki, həll
olunsun. Burada Ermənistan ilə Azərbaycan arasında fərq məhz
bundadır".
İlham Əliyev vurğulayıb ki, Ermənistan istəyir ki, sülh yolu ilə
həll olunsun, amma bunun həllini əngəlləyir, ortaya süni əngəllər
qoyur:
"Qabaqcadan qəbuledilməz şərtlər qoyur ki, biz bunu qəbul etməyək
və beləliklə, danışıqlar onilliklər ərzində belə davam etsin. Bizim
isə mövqeyimiz konstruktivdir və bunu vasitəçilər bilir. Rəsmi
açıqlamasalar da, bunu etiraf edirlər. Konstruktiv mövqe nümayiş
etdiririk ki, bu məsələ həll olunsun, torpaqlarımız işğaldan azad
edilsin, Azərbaycan köçkünləri öz dədə-baba torpaqlarına qayıda
bilsinlər. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bir daha
demək istəyirəm, nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti heç
vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni
dövləti yaradılsın. Biz buna heç vaxt imkan verməyəcəyik.
O ki qaldı Dağlıq Qarabağda yaşayan ermənilərə, onlar orada necə
yaşayırlar, elə də yaşasınlar. Düzdür, Ermənistan rəhbərliyi bizim
mövqeyimizi öz xalqına həmişə təhrif edərək çatdırır. Amma mən bir
daha demək istəyirəm, bizim mövqeyimiz ondan ibarətdir ki, kim
harada yaşayıb orada da yaşamalıdır.
Bir daha demək istəyirəm ki, Azərbaycan dünya miqyasında
multikulturalizm, dini, milli tolerantlıq baxımından nümunəvi bir
ölkədir. Sadəcə olaraq Ermənistanın siyasi rəhbərliyi, millətçi
qruplar, Azərbaycana daim nifrətlə yanaşan insanlar bütün bu müsbət
meyilləri pozmaq, üzərindən xətt çəkmək istəyirlər. Ərazi
bütövlüyümüz danışıqlar mövzusu deyil və hesab edirəm ki, Vyana
görüşü uğurlu görüş idi. Biz gözləyirik ki, tezliklə, vaxt
itirmədən çox ciddi, vasitəçilərin dedikləri kimi substantiv, yəni,
mənalı danışıqlar başlasın.
Bununla bərabər, əlbəttə, biz gələcəkdə də hərbi gücümüzü
artırmalıyıq və artırırıq. Neçə ildir ki, ordu quruculuğu prosesi
uğurla gedir. Ordumuzun döyüş qabiliyyəti, maddi-texniki təminat
yüksək səviyyədədir. Ən müasir silahlar, texnikalar gətirilir, eyni
zamanda, Azərbaycanda istehsal olunur. Azərbaycanda artıq mindən
çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bu gün Azərbaycan
Ordusu dünyanın aparıcı orduları sırasındadır. Mən bunu dəfələrlə
demişəm. Aprel ayında Ermənistanın törətdiyi təxribat, Azərbaycan
Ordusunun əks-hücum əməliyyatı bunu həm Ermənistana, həm bütün
dünyaya göstərdi ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır.
Biz gələcəkdə bu istiqamətdə əlavə tədbirlər görəcəyik və artıq
müvafiq göstərişlər verilib. Mən onları açıqlamaq istəmirəm.
Maddi-texniki təminat baxımından və əlavə müasir avadanlıq alınması
üçün lazımi tədbirlər görülür. Azərbaycan xalqı əmin olsun ki, bu
məsələ daim diqqət mərkəzindədir. Biz öz gücümüzü bilirik, öz
gücümüzdən istifadə etmirik, sadəcə olaraq təxribatlara layiqli
cavabımızı vermişik, veririk, lazım gələrsə, verəcəyik və
çalışacağıq ki, bu məsələ tezliklə və sülh yolu ilə həll
edilsin".
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar