Əliyev və Sarkisyan Fransada görüşəcək? - İDDİA
Bizi izləyin

Nida.az

Əliyev və Sarkisyan Fransada görüşəcək? - İDDİA

Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü Fransada baş tuta bilər.

Publika.az xəbər verir ki, bu haqda Fransanın Strateji Tədqiqatlar Fondunun erməni eksperti Kayts Minasyana istinadən Ermənistanın "Jamanak” qəzeti yazıb.

Onun sözlərinə görə, daha əvvəl bəzi məsələləri dəqiqləşdirmək lazımdır.

“Məsələn bu görüşü kim təşkil etməlidir: Fransa xarici işlər naziri Jan-Mark Eyro, dövlət katibi Harlem Desir və ya prezident Fransua Olland”, - Minasyan deyib.

Fransalı ekspert həmçinin qeyd edib ki, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri olan ABŞ və Rusiyanın xarici işlər nazirləri Con Kerri və Sergey Lavrovun bu görüşdə iştirakı qəbul edib-etməyəcəyi dəqiq deyil.

“Əgər biz Vyanada başlanan görüşü davam etdirmək istəyiriksə, onda onların görüşdə iştirakı əhəmiyyətlidir”, - Kayts Minasyan bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm