Nida.az
Bakının Alov Qüllələri Euronews-da - VİDEO
"Euronews" kanalı tərəfindən "Postcards" proqramının Bakının Alov Qüllələrinin arxitekturasına dair xüsusi buraxılışı hazırlanıb.
Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat verir ki, buraxılışda bu yeni tikilinin adının və dizaynının ölkənin qədim təsviri olan "Odlar yurdu" ilə bağlı olduğu bildirilir. Həmçinin binanın 2013-cü ildə istifadəyə verildiyi və binanın mehmanxana, ofis kimi fəaliyyət göstərdiyi, ən hündür hissəsinin isə 38 mərtəbədən ibarət olduğu barədə məlumat verilir.
Eyni zamanda 2016-cı ilin 25-27 aprel tarixlərində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı "Focus" proqramının xüsusi buraxılışı hazırlanıb ki, bu buraxılış adıçəkilən əhəmiyyətli tədbirə həsr edilib.
Cari il ərzində "Postcards" proqramının İçərişəhərdə və Xınalıqda piyada yürüş (trekking) və çay mədəniyyətinə dair buraxılışlarının hazırlanması nəzərdə tutulur.
Təkcə Avropa ölkələri deyil, habelə Asiya, Afrika və Amerika ölkələri daxil olmaqla dünyanın 150 ölkəsində 300 milyondan çox auditoriyaya malik "Euronews" kanalı haqlı olaraq aparıcı beynəlxalq xəbər kanallarından hesab edilir.
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət