Brüsseldə 28 Mayla bağlı rəsmi qəbul keçirildi - FOTO
Bizi izləyin

Nida.az

Brüsseldə 28 Mayla bağlı rəsmi qəbul keçirildi - FOTO

Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və NATO yanında nümayəndəliyinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Axar.az xəbər verir ki, tədbirdə Belçikanın dövlət qurumlarının təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, fəaliyyət göstərən ictimai, mədəni, işgüzar dairələrin, diaspor təşkilatlarının qurumlarının fəalları, jurnalistlər, Avropa Birliyi və NATO yanında akkreditə olunmuş səfirlər, Avropa Parlamentinin nümayəndələri, Avropa Birliyi və NATO-nun yüksək səviyyəli rəsmiləri iştirak ediblər.

Mərasimdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, müasir Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra bir sıra çətinliklərlə üzləşib, Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Bütün bunlara baxmayaraq, ölkəmiz sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilib, regionun enerji və nəqliyyat təhlükəsizliyini təmin edən bir sıra mühüm layihələrin təşəbbüskarı və birbaşa iştirakçısıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm