Ermənilərin Liberman qorxusu: “Bir güllə belə ala bilməyəcəyik”
Bizi izləyin

Nida.az

Ermənilərin Liberman qorxusu: “Bir güllə belə ala bilməyəcəyik”

İsraildə Aviqdor Libermanın müdafiə naziri təyin olunması Ermənistanda ciddi qorxuya səbəb olub.

Publika.az xəbər verir ki, “armenianreport” saytı Libermanın təyinatını “təhlükəli” adlandırıb.

Ermənilər “dördgünlük müharibə” zamanı Azərbaycanın hərbi arsenalında olan silahlardan ciddi narahat olmuşdu. Daha sonra onlar İsraillə hərbi əməkdaşlıq etmək istəsə də, qarşı tərəf bundan imtina etdi.

Sayt yazır ki, Libermanın müdafiə naziri təyin olunmasından sonra Ermənistan İsraildən bir güllə belə almağa ümid edə bilməyəcək.

Qeyd edək ki, A. Liberman Azərbaycanın dostu kimi tanınır. Yeri gəlmişkən, o, “Trend”ə müsahibəsində Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsinin zərurətini vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm