• USD 1,7008 0,00% EUR 2,0081 +0,46%
    • GBP 2,1911 +0,05% RUB 0,0288 0,00%

İlham Əliyev Əfqanıstanın Təhlükəsizlik Şurasının katibini qəbul etdi

  • Nida.az
  • 30 May 2016 14:41
  • 313 Baxış
İlham Əliyev Əfqanıstanın Təhlükəsizlik Şurasının katibini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarı qəbul edib.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə rəsmi səfərini xatırlayan dövlətimizin başçısı səfərin uğurlu və səmərəli keçdiyini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev hər iki ölkənin dövlət başçıları səviyyəsində çox yaxşı münasibətlərin qurulduğunu dedi. Əfqanıstan İslam Respublikasının Prezidenti ilə apardıqları müzakirələrə toxunan dövlətimizin başçısı Prezident Məhəmməd Əşrəf Qaninin Əfqanıstanda təhlükəsizliyin möhkəmləndirilməsi və ölkənin inkişafının davam etdirilməsi istiqamətində atdığı addımların, o cümlədən Əfqanıstanın gələcəyi ilə bağlı fikirlərinin onda dərin təəssürat yaratdığını vurğuladı. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanın daim Əfqanıstanın yanında olacağını qeyd etdi. Dövlətimizin başçısı Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud əlaqələrin, eləcə də əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı müzakirələrin davam etdirilməsi baxımından önəmini vurğuladı.

Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmar Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O dedi ki, Prezident Məhəmməd Əşrəf Qani ilk Prezident olaraq Azərbaycan Prezidenti ilə görüşündən şərəf hissi duyur. Mohammad Xanif Atmar bildirdi ki, ölkəsinin Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin İslam ölkələri birliyindəki rolunu yüksək qiymətləndirir və bu istiqamətdəki fəaliyyətini minnətdarlıqla qeyd edir.

Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan Prezidentinə çatdırmağı xahiş etdi.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>