• USD 1,7000 0,00% EUR 2,0012 -0,06%
    • GBP 2,2678 -0,44% RUB 0,0288 +0,35%

Azərbaycana qarşı növbəti erməni təxribatı - VİDEO

  • Nida.az
  • 31 May 2016 02:05
  • 686 Baxış
Azərbaycana qarşı növbəti erməni təxribatı - VİDEO

Artıq ermənilərin bizim musiqilərimizi, xalq mahnılarımızı, yeməklərimizi özününküləşdirməsinə bir növ adət etmişik. Dünyanın bir sıra ölkələrində öz güclü lobbisindən istifadə edən ermənilər dəfələrlə "Sarı gəlin", "Bayatılar" və digər mahnıları ifa etməklə yanaşı, bu mahnıları erməni bəstəkarlarının əsərləri kimi qələmə verirlər. Bu dəfə isə ermənilər Gürcüstanda milli musiqi alətimiz olan kamançanı özəlləşdiriblər...

ANS-in məlumatına görə, Tiflisin mərkəzindəki Meydan bazarı adlanan ərazidə keçirdikləri Sayat Nova bayramına toplaşan ermənilər burada guya öz musiqi mədəniyyətlərini nümayiş etdirirlər.

Səsləndirilən musiqilərə bir qədər sonra qayıdacam. Bir neçə kəlmə ilə Sayat Nova haqqında deyim. 18-ci əsrdə Tiflisdə yaşamış bu şəxs Azərbaycan, gürcü, fars və erməni dilində şeirlər yazır, mahnılar bəstələyir. Tiflisin meydan ərazisində soydaşlarımızla bir arada yaşayan şair Azərbaycanın, azərbaycanlıların vurğunu olur. Bunu ermənilər özləri də təsdiq edir.

"Bugünkü bayram Qafqaz sevgisinin simvoludur. Bu, gürcülərin ermənilərə, ermənilərin azərbaycanlılara olan sevgisinin simvoludur", - "Vrastan" qəzetinin Baş redaktoru Van Bayburt dedi.

Sayat Nova ermənilərə hər şeydən əvvəl kamançanı erməni milli musiqi aləti kimi təqdim etmək üçün bir vasitədir deyə bilərik.

Bəli, Tiflis erməniləri İrəvandan dəvət etdikləri Sayat Nova musiqi qrupunun ifasında kamança və tarın sədaları altında bu alətləri Tiflislilərə və şəhərin qonaqlarına erməni mədəniyyətinin nümunələri kimi göstərməyə çalışdılar.

Tar-kamandan savayı tədbir boyunca ifa olunan bütün mahnıların ilk notundaca bu nəğmələrin Azərbaycan xalq musiqisinin nümunələri əsasında ərsəyə gəldiyini, hətta müəyyən hissələrinin tam eynilik təşkil etdiyini açıq aşkar duymaq olurdu.

Tiflis əhalisinin 5%-ni təşkil edən ermənilərin özünün olmayan bir şeyi özünküləşdirmək bacarığı İrəvanla sıx əlaqələri və təbii ki, sahib olduqları xislətdən irəli gəlir. Və əslində bunu anlayan gürcülər də yetərincədi.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>