• USD 1,7009 +0,01% EUR 2,0003 -0,39%
    • GBP 2,1810 -0,46% RUB 0,0288 0,00%

Əli Həsənov: “Azərbaycanda mətbuat orqanı açmaq çox asandır”

  • Nida.az
  • 31 May 2016 10:41
  • 288 Baxış
Əli Həsənov: “Azərbaycanda mətbuat orqanı açmaq çox asandır”

"Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda fikir, söz, məlumat azadlığının təmin edilməsi, müstəqil medianın formalaşdırılması vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin əsas istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzində olub".

Publika.az xəbər verir ki, bunu bu gün Bakıda Avropa Şurası və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən "Azərbaycanda ifadə azadlığı və media azadlığı layihəsi çərçivəsində diffamasiya" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bdeyib.

Ə.Həsənov bildirib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiyada müvafiq normalar təsbit olunub, ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə senzura ləğv edilib, KİV azadlığının təmin edilməsi üçün qanunvericilik bazası təkmilləşdirilib və beynəlxalq standartlara uyğunlaşdırılıb, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün çoxsaylı praktiki addımlar atılıb: "Bu gün əminliklə demək olar ki, Azərbaycanda medianın palitrası artıq tam formalaşmış, ölkədə 50-dən artıq televiziya və radio, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursları, jurnalist təşkilatları və media yayım formaları fəaliyyət göstərir. Azərbaycan qanunvericiliyi hər kəsin informasiyanı sərbəst, azad şəkildə axtarmaq, əldə etmək, yaymaq hüququnu təmin edir. Azərbaycanda mətbuat orqanı açmaq üçün çox asan prosedur keçərək fəaliyyətə başlamaq mümkündür. Hesab edirəm ki, bunda həm Azərbaycanın inkişaf perspektivini müəyyən edən strateji inkişaf xəttinin həyata keçirilməsi, həm də ölkənin bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti mühüm rol oynayıb. Bilirsiniz ki, Azərbaycan demokratik normaların inkişaf etdirilməsi və vətəndaş cəmiyyəti quruculuğu sahəsində ATƏT və Avropa Şurası ilə sıx əməkdaşlıq edir, ötən illərdə media azadlığının inkişaf etdirilməsi sahəsində bir çox uğurlu layihələr həyata keçirilib. Əlbəttə, onların sırasında Avropa Şurası və Avropa İttifaqının birgə "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi"nin "İfadə və media azadlığı" layihəsinin də özünəməxsus yeri var".

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>