Ermənistan ordusunda həbslər - aprel məğlubiyyətinin NƏTİCƏLƏRİ
Bizi izləyin

Nida.az

Ermənistan ordusunda həbslər - aprel məğlubiyyətinin NƏTİCƏLƏRİ

Aprel döyüşlərində məğlubiyyətə görə Ermənistanda bir general və iki polkovnik həbs olunub.

Publika.az "news.am"-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin hərbi istintaq idarəsinin məlumatında deyilir.

Məlumata görə, ordudakı vəzifəsindən azad olunan general Melsik Çilingəryan, polkovniklər Mqer Papyan və Armen Markayran həbs olunub.

Həbslərin detalları açıqlanmasa da, ilkin ehtimallara görə, erməni zabitlər ordu üçün alınan bəzi malların şişirdilmiş qiymətlərlə aktlaşdırılmasında ittiham olunurlar.

Qeyd edək ki, mayın 20-də Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə Çilingəryan vəzifəsindən azad olunub.

Ondan iki gün öncə - mayın 18-də isə erməni ordusunun polkovniki David Abrahamyana qarşı vəzifəsindən sui-istifadə etmə maddəsi ilə cinayət işi açılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm