Uşaqlar deputatların yerində oturdular
Bizi izləyin

Nida.az

Uşaqlar deputatların yerində oturdular

Milli Məclisin (MM) sədri Oqtay Əsədov Azərbaycannın bütün uşaqlarını 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.

Publika.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasında İctimai Televiziyanın layihəsi əsasında 30-a yaxın uşaq iştirak edib.

O.Əsədov çıxışında qeyd edib ki, uşaqların iclasda iştirakı sevindirici haldır: "Onlar necə də sakit və mədəni şəkildə oturub iclasın gedişinə qulaq asırlar. İnanıram ki, gələcəkdə onlar da Milli Məclisdə təmsil olunan deputatlar sırasında olacaq".

Uşaqlar isə öz növbəsində spikerə təşəkkür edərək iclas zalını tərk ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm