Nida.az
Ərdoğanın Çiprasdan “Putin istəyi”: rus-türk savaşı üçün NATO nə edib?
"Türkiyə-Rusiya sərhədində Rusiyaya aid Su-24
təyyarəsinin vurulmasında NATO-nun barmağı var idi".
Publika.az xəbər verir ki, bu barədə türkiyəli politoloq Ömür Çelikdönmez deyib.
Politoloq qeyd edib ki, bu haqda ona kəşfiyyat işləri ilə məşğul olan bir dostu deyib: "Həmin dostum bildirdi ki, Türkiyə-Rusiya münasibətlərindən yazırsınız, amma bir məsələni unudursunuz. Xatırlayırsanmı, Ərdoğanla Putin arasında dostu-düşməni qısqandıran bir söhbət var idi. Hətta Putin Ərdoğan haqda "əsil kişidir" deyə bildirmişdi. Birlikdə hazırlanan layihələrlə Avropa Birliyi və ABŞ-ın qarşısına çıxmışdılar. Rusiya təyyarəsinin vurulmasına qədər bu belə idi. Rusiya təyyarəsinin vurulmasında da Türkiyə-Rusiya yaxınlaşmasının qarşısının alınması məqsədi var idi və NATO bu prosesin içində yer alırdı", - deyə kəşfiyyat xidmətlərində çalışmış dostum bildirdi".
Politoloq rus-türk münasibətləri və bu informasiya fonunda İstanbulda keçirilən Dünya Humanitar Sammitində Ərdoğanla Yunanıstan prezidenti Aleksis Çiprasın görüşünə diqqət çəkib.
"Ərdoğanla Çipras ikitərəfli görüş keçirdilər. Hətta yunan
mediası bu görüşü "səmimi" olaraq təqdim etdi. Məlumata görə,
Ərdoğanla Çipras Egey dənizində miqrantların boğulması kimi
hadisələr zamanı "qırmızı xətt" ilə əlaqənin qurulması ilə bağlı
razılığa gəlib. Görüşün əsil məqsədi isə Afinaya səfər edəcək
Rusiya prezidenti Vladimir Putinə Türkiyənin mesajının Çipras
tərəfindən çatdırılması idi. Bu amil mediadan gizlədildi. Putin
Afinanı ziyarət etdi və bu səfər, Ukrayna böhranından sonra onun
Avropa Birliyinə üzv olan ölkəyə ilk səfəri idi. Putin Afinada
Çiprasla keçirdiyi brifinqdə rus-türk münasibətləri haqda
danışaraq, "Bu məsələdə açıqlamalar aldıq, amma heç bir zaman üzr
gəlmədi. Biz münasibətlərimizi düzəltmək istəyirik. Münasibətləri
pozan biz deyilik. Sözlər yetərli deyil, bir şey etməlidirlər.
Türkiyə ilə təmaslar qururuq və ciddi addımlar gözləyirik. Hazırda
heç bir addım atılmır" dedi", - deyə politoloq qeyd edib.
Lakin Ö. Çelikdönmez rus-türk münasibətlərinin tezliklə yoluna
düşəcəyini hesab etmir: "Hazırda Türkiyə və Rusiya ayrı-ayrılıqda
Suriyada ciddi siyasi dəyişiklik hazırlayır. Türkiyə tərəfindən bu
prosesi qeyri-rəsmi şəkildə Doğu Perinçək və adamları aparır.
Rusiya da öz növbəsində ciddi dəyişiklər hazırlayır. Rusiyanın
Suriya üçün hazırladığı yeni konstitusiyada ölkənin adından "ərəb"
sözü silinir, azad ticarət yaradılır. Rusiya bu addımları ilə İslam
dünyasında düşmən obarızını silməyə çalışır. Putinin bu yaxınlarda
Kazanda təşkil olunan "Rusiya-İslam dünyası" toplantısında çıxışı
da bunu deməyə əsas verir. O cümlədən, İran da Suriyada siyasət
dəyişdirməyə hazırlanır", - deyə politoloq qeyd edib.
Asif
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...