Sarkisyan Qarabağdan danışdı: “Ermənistan buna hazırdır...”
Bizi izləyin

Nida.az

Sarkisyan Qarabağdan danışdı: “Ermənistan buna hazırdır...”

"Dağlıq Qarabağda təmasın xəttində aprel ayının əvvəlində baş verən hərbi qarşıdurmalar Avrasiya İqtisadi İttifaqının təhlükəsizliyinin ciddi çağırışı oldu".

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Avrasiya İqtisadi Şurasının Ali iclasında deyib.

O, atəşkəs rejiminin bərpa olunmasında Rusiyanın əhəmiyyətli rol oynadığını bildirib.

Sarkisyan qeyd edib ki, Ermənistan "Dağlıq Qarabağ xalqlarının şəxsi taleyinə göstəriş vermək hüququ və müqəddəratını təyin etmə" prinsipi üzrə sülh nizamlanmasının axtarışı üzərində işləmək niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm