Rusiya əsgərlərini Ermənistandan çıxara bilər? - ANONS
Bizi izləyin

Nida.az

Rusiya əsgərlərini Ermənistandan çıxara bilər? - ANONS

"Əgər Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi dərinləşəcəksə, Moskva öz əsgərlərini buradan çıxaracaq".

Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksandr Krılov deyib.

Onun sözlərinə gərə, Ermənistanda artıq anti-Rusiya əhval-ruhiyyəsi formalaşıb.

"Amma bu son aprel hadisələrdən də qabaq yaranıb. Fikrimcə, hər şey 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra başladı. Burada kənar təbliğatçıların rolu böyükdür. Misal üçün, 2014-cü ildə strateji araşdırmalar mərkəzinin apardığı tədqiqatda Ermənistan Rusiyanı sevməyən 10 ölkə sırasına daxil olmuşdu. Permyakov hadisəsindən sonra bu daha da artdı. Son hadisələrlə anti-Rusiya əhval-ruhiyyəsi kulminasiya nöqtəsinə çatdı. Hesab edirəm ki, bu vəziyyətdə Rusiya qoşunlarının Ermənistandan çıxarılması az ehtimal olunsa belə, mümkün görünür. Mən 102-ci bazanı nəzərdə tuturam. Ermənilər də bu bazanın çıxarılması tələbi ilə çıxış ediblər", - deyə Krılov qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm