İrəvan və Moskva müzakirə etdi: Azərbaycanın üzərindən uçan nüvə bombası
Bizi izləyin

Nida.az

İrəvan və Moskva müzakirə etdi: Azərbaycanın üzərindən uçan nüvə bombası

Rusiya və Ermənistan "Metsamor" Atom Elektrik Stansiyasına yanacağın çatdırılması məsələsini müzakirə edib.

Publika.az
"RİA Novosti"yə istinadən xəbər verir ki, müzakirələr Moskvada keçirilən "Atomekspo-2016" forumu çərçivəsində keçirilib.

Ermənistanın "TVEL" şirkəti ilə "Rosatom" şirkəti arasında aparılan müzakirələrdə əsas məsələ uranın çatdırılması olub. "TVEL"-in rəhbəri Movses Vardanyan bildirib ki, "Metsamor" AES artıq 40 ildir Rusiya yanacağı ilə işləyir.

Bu fakt İrəvanın hər an qəza baş verə biləcək "Metsamor" AES-i bağlamaq niyyətində olmadığını sübut edir. Halbuki, 9 bal gücündəki seysmoaktiv zəlzələ zonasında yerləşən, həmçinin, dünyanın imtina etdiyi köhnə texnologiyalar əsasında inşa olunan "Metsamor"da baş verə biləcək qəza nəinki Cənub Qafqaza, o cümlədən bütün yaxın və Orta Şərqə fəlakət gətirə bilər. Avropa Birliyi AES-in bağlanması ilə bağlı İrəvana dəfələrlə xəbərdarlıq edib. (http://publika.az/p/137681).

Bununla yanaşı, Rusiyadan uranın "Metsamor"a daşınması üçün seçilən marşrut da region üçün ciddi təhdid siqnalıdır. Belə ki, bu marşrut hava yolu ilə həyata keçirilir. Çünki Rusiya-Gürcüstan müharibəsindən sonra rəsmi Tiflisin sərhədlərini Rusiyanın üzünə bağlayıb. Ermənistanın Rusiya ilə heç bir quru əlaqəsinin qalmaması nəticəsində, hazırda AES-in fəaliyyəti üçün lazım olan uran hava yolu ilə daşınır. Bu da uçan nüvə bombası deməkdir. Uran daşıyan təyyarələrin Cənubi Qafqazın hava yolundan istifadəsini nəzərə alsaq, həmin təyyarələrin havada partlaması nəticəsində, bütün regionda ikinci Xirosima da yaşana bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm