Kamboca Azərbaycanla enerji sahəsində əməkdaşlıq etmək istəyir
Bizi izləyin

Nida.az

Kamboca Azərbaycanla enerji sahəsində əməkdaşlıq etmək istəyir

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Kambocanın Azərbaycanda səfərdə olan dövlət katibi Ouch Borithin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Kambocanın Azərbaycanda səfərdə olan dövlət katibi Ouch Borithin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, X.Xələfov Azərbaycan ilə Kamboca arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək qiymətləndirildiyini qeyd edərək, Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan Respublikasının ədalətli mövqeyini dəstəklədiyinə görə Kamboca tərəfinə təşəkkürünü çatdırıb.

İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə toxunan X.Xələfov iqtisadi, təhsil və enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanların olduğunu qeyd edib.

Ouch Borith dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin Kambocanin xarici siyasətinin təməl prinsiplərindən biri olduğunu deyərək, ölkəsinin zor işlətməklə dövlətlərin sərhədlərinin dəyişdirilməsinə yönəlmiş hərəkətlərin əleyhinə olduğunu və bu əsasda da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin Kamboca tərəfindən dəstəkləndiyini vurğulayıb.

Sovet İttifaqı zamanı kambocalı tələbələrin Azərbaycanda təhsil alması üçün yaradılmış imkanlara görə Azərbaycan Respublikası Hökumətinə təşəkkürünü çatdıran O.Borith Azərbaycan ilə təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi niyyətində olduqlarını nəzərə çatdırıb. O, Azərbaycanın enerji sahəsində zəngin təcrübəyə malik olduğunu qeyd edərək, bu sahədə də Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüş əsnasında qarşılıqlı səfərlərin təşkili və ölkələrimiz arasında müqavilə-hüquq bazasının da genişləndirilməsi məsələləri də müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm