Nida.az
Həmsədrlər Məmmədyarov - Nalbandayan görüşü barədə bəyanat yaydı
Aprelin 4-də ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə
Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar
Məmmədyarov və Edvard Nalbandyanın görüşü keçirilib. Bu
danışıqlardan əvvəl aprelin 3-də Vyanada həmsədrlərin özlərinin
görüşü keçirilib. Bu barədə ATƏT-in yaydığı press-relizdə
deyilir.
Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri
danışıqlarında ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (RF),
Jak For (Fransa) və Ceyms Uorlikdən (ABŞ) başqa ATƏT-in hazırki
sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.
Publika.Az xəbər verir ki, həmsədrlər yenə nazirləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli, dinc yolla həlli üzərində işi davam etdirməyə çağırıb.Onlar yaxın gələcəkdə prezidentlər səviyyəsində görüşün keçirilməsi ehtimalını müzakirə ediblər və əsas məsələlər üzrə irəliləyiş əldə etməyin aktuallığını qeyd ediblər. Həmsədrlər yenidən nazirlərə bölgədə gərginliyin azalması üzrə konkret addımların atılmasını və sülh prosesini irəlilətməsi zərurətini vurğulayıblar.
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu