Con Kerrinin Azərbaycana gəlişi gözlənimir - Açıqlama- Yeniləndi
Bizi izləyin

Nida.az

Con Kerrinin Azərbaycana gəlişi gözlənimir - Açıqlama- Yeniləndi

ABŞ Dövlət katibi Con Kerrinin Azərbaycana səfəri yaxın günlərdə başlayacaq.

Publika.Az xəbər verir ki, Amerikanın Azərbaycandakı səfirliyi ABŞ dövlət katibi Con Kerrinin yaxın günlərdə Azərbaycana səfər edəcəyi ilə bağlı bəzi KİV-lərdə yayılan xəbərlərə münasibət bildirib.

“Ümid edirik ki, cənab Kerri Azərbaycana səfər edəcək. Amma yaxın bir neçə həftə ərzində bu səfər gözlənilmir”, deyə səfirlikdən bildiriblər.

02.18

ABŞ Dövlət katibi Con Kerrinin Azərbaycana səfəri yaxın günlərdə başlayacaq.

Amerikalı rəsminin Cənubi Qafqaza səfərə hazırlaşdığı barədə artıq Dövlət Departamentinin rəsmi saytında məlumat yerləşdirilib. Ancaq səfərin dəqiq vaxtı və məqsədi barədə bilgi yoxdur, yalnız bu vizitin “yaxın günlərdə” reallaşacağı qeyd edilir.

Ekspertlər isə Kerrinin məqsədinin Azərbaycandan Rusiyaya qarşı istifadə etmək, ölkəmizin mavi yanacağını Avropa bazarlarına cıxarmaqdan ibarət olduğunu bildirirlər.

Departamentin rəsmi məlumatında Azərbaycana səfərin məqsədini təsəvvür etməyə imkan verən Kerrinin Brüssel çıxışının stenoqramı da yerləşdirilib:

“Bu gün keçirdiyimiz iclasın gündəliyində Azərbaycan qazının Türkiyəyə, oradan isə Avropaya nəqli məsələsi durur”. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm