Prezidentlər aprelin sonunda Praqada görüşə bilər
Bizi izləyin

Nida.az

Prezidentlər aprelin sonunda Praqada görüşə bilər

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün bu ayın sonunda görüşə bilər.

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün bu ayın sonunda görüşə bilər.

Xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvad Nalbəndyanın Moskvada keçirdikləri görüşün ardınca bu barədə məlumatı erməni qaynaqlarına diplomatik mənbə verib. Mənbənin bildirdiyinə görə, görüşün keçiriləcəyi yer kimi Praqa şəhəri nəzərdən keçirilir.

Ehtimal edilir ki, prezidentlər Avropa İttifaqının qalmaqallı “Şərq tərəfdaşlığı” təşəbbüsünün 5 illiyi ilə bağlı aprelin 23-24-də Praqada keçirilən sammit çərçivəsində görüşə bilərlər. Əliyevlə Sərkisyanın bundan əvvəlki görüşü ötən il noyabrın 19-da Vyanada olmuşdu. /Virtualaz.org/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm