İstiqlalçı deputatdan şok çağırış: “MTN Milli Şura ilə bağlı tədbir görməlidir”
Bizi izləyin

Nida.az

İstiqlalçı deputatdan şok çağırış: “MTN Milli Şura ilə bağlı tədbir görməlidir”

ehdibəy Səfərovun arxasında duran adamın erməni saytında Azərbaycana qarşı fikirləri yayılır.

“Mən əvvəl demişdim ki, Milli Şurada Azərbaycanın əleyhinə fəaliyyət göstərən, xarici kəşfiyyata işləyən az da olsa adamlar var. Milli Şurada xarici kəşfiyyata işləyənlər hələ də qalır”.

Bu barədə Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, Milli Şuranın Koordinasiya Şurasının üzvü Hacıbaba Əzimov Publika.Az –a açıqlamasında Milli Şuranın son sessiyasında “El” hərəkatının sədr müavini Mehdibəy Səfərovla mübahisələrindən danışarkən deyib.

H. Əzimov bildirib ki, M. Səfərov ondan nəzərdə tutduğu adamın adının çəkməyi tələb edir: “Adama deyərlər soğan yeməmisən, niyə göynəyirsən. Sən düz adamsansa niyə narahat olursan. Ad çəksən axı sənin vəziyyətin pis olar. Mən heç nə deməmişəm, artıq o, həyəcanlanıb. Məni separatçılıqda, etnik münaqişələrin qızışdırılmasında ittiham edirlər. Mən həlı 1992-ci ildə Azərbaycanı bölməyə çalışan xarici kəşfiyyatın təhriki ilə separatçıların qarşısını almaq üçün patyiyamı yaratdım. Halbuki o zaman Lənkəranda rektor idim, həm də deputata idim. İşim çox olsa da, bu partiyanı yaratdım. Ora talış, ləzgi, tat və digər etnik xalqların da tanınmış şəxslərini dəvət etdim. Azərbaycanımızın parçalanmasının qarşısını almaq üçün bunu etdim”.

Partiya sədri bildirib ki, Azərbaycanda xarici kəşfiyyatın agentlərinə qarşı mübarizə lazımi qədər aparılmır. Onun sözlərinə görə, belə vəziyyət həmin agentlərin qol-qanadığını xeyli açıb: “Bunlar da ona görə arxayındır. Yekə-yekə danışırlar. Bu millətin övladı kimi deyirəm, özünüzü yığışdırın. Azərbaycana qarşı təxribatla məşğul olmayın. Əslində bunların sayını götürsək bütün Azərbaycanda heç 100 nəfər də deyirlər. Amma xaricdən pul alıb onların buyruğundadırlar. Əvvəllər mən ümumi deyirdim. İndi konkret olaraq Mehdibəy Səfərovu götürək. O təşkilat yuaradıb əvvəl adını Talış Birliyi qoydu. Guya talışların hüqualarını Azərbaycanda pozurlar. Sonra gördülər bu baş tutmur, simalarını dəyişib Azəri-Türk Birliyi qoydular. İndi də guya birliyi qorumağa çalışırlar. Maskalarını dəyişib başqa dona girdilər. Bəziləri də təqdim edir ki, guya o təkcə talışları deyil, bütü milli azlıqları Milli Şurada təmsil edir. Axı kim ona bu səlahiyyəti verib?!”.

Siz dediyiniz kimidirsə, o zaman bunları Milli Şuraya kim gətirib?” sualına H. Əzimov “Bunu Eldar Namazovdan soruşun” deyib.

“Rüstəm İbrahimbəyov görkəmıi ziyalıdır, mənim ona hörmətim var, bu xalq üçün nəsə etməyə çalışır. Amma məsələ belə oldu ki, bəziləri onun Azərbaycanın siyasi mühitindən xəbərsizliyindən istifadə etdi. Onunla dostluq münasibətlərindən istifadə edib bu addımı atdılar. Milli Şura yarananda dediyim adamları bura gətirdilər. “El” hərəkatı kvota qoydu. Hərəkatın idarə heyətində olan 11 adamdan 10-nu Milli Şurada təmsil olundu. Onların içində Mehdibəy də var idi”-deyə partiya sədri qeyd edib.

H. Əzimov bildirib ki, dövlət belə adamların önünü kəsməlidir. görməlidir: “MTN bunlara görə Milli Şura ilə bağlı tədbir görməlidir. Mən demirəm həbslər olmalıdır. Profilaktiv tədbirlər həyata keçirilməli, həmin adamları çağırıb xəbərdarlıq etmək lazımdır. Deməlidirlər ki, özlərini yığışdırsınlar. əgər bu işi bacarmırlarsa, gedib başqa iş görməlidirlər. Mehdibəy deyirdi ki, bizneslə məşğul olur. Getsin alverini etsin də. Məsələ ondadır ki, dövlət də bunu demir. Desəydilər belə qələtlər etməzdilər. Onların bir qrupu Rusiyaya, Hollandiyaya gedib ordan Azərbaycana qarşı çıxır, ermənilərlə əməkdaşlıq edirlər. Konkret olaraq erməni politoloq Levon Məlik Şahnazaryanın saytına baxsanız bunu görərsiniz. Mətbuat da bunu ifşa etməlidir. Onun kimi xarici işləyən adamların fikirlərini yaymaq olmaz”.

H. Əzimov onu da qeyd edib ki, Mehdibəy Səfərovun arxasında duran adamın erməni saytında Azərbaycana qarşı fikirləri yayılır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm