Qəbələ RLS turizm obyektinə çevriləcək
Bizi izləyin

Nida.az

Qəbələ RLS turizm obyektinə çevriləcək

Qəbələ RLS turizm obyektinə çevriləcək


“Qəbələ RLS bundan sonra heç bir dövlətin istifadəsində olmayacaq. Oranı sırf turizm məqsədilə istifadə edəcəklər”.Bu barədə hərbi ekspert Üzeyir Cəfərov Publika.Az -a açıqlamasında deyib. Hərbi ekspert bildirib ki, ondan olan məlumata görə, həmin ərazidə yaxın zamanlarda bərpa işləri aparılacaq: “Rusiya qoşunları müdafiə məqsədilə ətrafı minalamışdılar. Minalar təmizlənəcək, həmçinin lazımsız infrastruktur da var ki, onlar da təmizlənəcək. Amma binanın sökülüb-sökülməyəcəyi hələ məlum deyil. Oranı turizm obyekti kimi də istifadə edə bilərlər. Turistlər üçün keçmiş SSRİ-dən və Rusiyadan qalma hərbi obyekt kimi maraqlı ola bilər”.

Ü. Cəfərov RLS-dən Azərbaycanın öz hərbi məqsədlərui üçün istifadə etməsini müşkül məsələ hesab edir. Onun sözlərinə görə, hər şeydən əvvəl Azərbaycana bundan təkbaşına istifadə etməyə imkan verməzlər: “Digər tərəfdən də bunun üçün Azərbaycanın kifayət qədər mütəxəssisi yoxdur. Hesab edirəm ki, bu obyekt Azərbaycana lazım deyil. Çünki bu dünya masştablı bir obyektdir. Keçmiş SSRİ zamanı burdan 6 min kilometr məsafəni izləmək mümkün idi. Orda əldə olunan məlumatlar mərkəzi qərargah vasitəsilə bir neçə saniyə içində Moskvaya ötürülürdü və buna uyğun addımlar atılırdı. SSRİ dağılandan sonra onun varisi kimi Rusiya bundan istifadə etməyə başladı. Lakin Azərbaycanın istədiyi icarə haqqını ödəmək istəmədikləri üçün bu məsələ bağlandı”.

Hərbi ekspert qeyd edib ki, Azərbaycana qarşı iri masştablı raket hücumunun olması mümkün deyil: “Çünki Azərbaycanın hansısa böyük dövlətə qarşı iddialı deyil. Bu baxımdan, Qəbələ RLS-dən istifadə etmək marağımıza uyğun da deyil”.Ekspert bildirib ki, Azərbaycan böyük dövlətləri qarşısına alıb bu addımı atmaz.

Qeyd edək ki, Qəbələ RLS-nin fəaliyyəti 2012-ci ilin sonunda dayandırılıb. Ona qədər isə Rusiya SSRİ-nin varisi kimi hərbi obyektdən icarə haqqı ödəməklə istifadə edirdi. Lakin Azərbaycan Rusiyanın icarə haqqı olaraq ödədiyi 7 milyon dollarla razılaşmadığı üçün icarə haqqını qaldırdı. Rusiya isə məbləğin yüksək olduğunu əsas gətirərək obyektdən istifadədən imtina etdi.

Xatırladaq ki, 1985-ci ildə istifadəyə verilmiş Qəbələ RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub. Texniki parametrlərinə görə dünyada analoqu yoxdur, 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir. Bu isə İran, Türkiyə, Hindistan da daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind okeanı, Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir. Stansiya həmçinin bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların traektoriyasını müəyyən edə bilir. Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrildi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm