"Rusiya 3 istiqamətdən hücum edə bilər" - Cənubi Qafqaz üçün ssenarilər
Bizi izləyin

Nida.az

"Rusiya 3 istiqamətdən hücum edə bilər" - Cənubi Qafqaz üçün ssenarilər

"Rusiya 3 istiqamətdən hücum edə bilər"

Vladimir Putin Krımın anneksiyasını tamamlayandan sonra Azərbaycan narahatdır ki, Putinin diqqəti indi cənuba yönələ bilər.Publika.Az "Azadlıq radiosu"na istinadən xəbər verir ki, bu barədə Bloomberg.com yazıb,


Həmin yazını təqdim edirik.

Rusiya qoşunları Azərbaycanın qonşularında – Ermənistan və Gürcüstanda qərarlaşır, Putin də bu yaxınlarda dedi ki, Rusiya “regionu heç vaxt tərk etməyəcək”. 39 yaşlı Bakı sakini Zahir Rəhimov hesab edir ki, “Əgər Qərb Rusiyanı dayandırmaq üçün heç nə etməsə, Rusiya 100 il əvvəlki kimi Azərbaycanı zorla tutmaq istəyəcək”.

Azərbaycan rəsmiləri də Kremlin təzyiqini hiss etdiklərini bilıdirirlər. YAP-dan olan millət vəkili Siyavuş Novruzov deyir: “ Moskva təzyiq edir ki, Putinin yeni Gömrük İttifaqına qoşulsunlar.” ​​

Rusiya Soyuq müharibədə uduzandan sonra indi Putin Rusiyanın nüfuzunu bərpa etmək istəyir.Rusiyanın Ermənistanda 4 minlik qoşunu var. 2008-ci il müharibəsindən sonra Rusiya Abxaziya və Cənubi Osetiyada qoşunlarını saxladı.

Dekabrın 2-də Putin Ermənistanda Rusiya qoşunlarına baxış keçirəndə dedi ki, Rusiya bu region heç vaxt tərk etməyəcək. “Biz burda yerimizi möhkəmlədəcəyik.”



Hərçənd Putin Azərbaycanı birbaşa hədəf götürmür və müdaxilə ağlabatan görünmür, ancaq Putinin dedikləri onu göstərir ki, o, Azərbaycanın qonşularına təzyiq edib, Azərbaycanı bir növ mühasirəyə ala bilər.Siyasi təhlilçi Ərəstun Oruclu deyir: “Ukraynadan sonra Azərbaycandır.” “Rusiya təzyiqləri artıracaq”.

Azərbaycanın çətinliyi ondadır ki, ABŞ və ya Avropa Birliyi ona Polşa və ya Baltik ölkələrinə baxdıqları kimi baxmayıblar. Azərbaycan NATO-ya qoşulmağa da müraciət etməyib. Azərbaycan müstəqil xarici siyasət yeridir.

Azərbaycan İsrail və Türkiyə ilə sıx əlaqələr qurub. Azərbaycan İsraildən pilotsuz təyyarələr və raket sistemləri alır, Türkiyə ilə hərbi əməkdaşlıq sazişi var. Prezident administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyir ki, hücun olsa, qarşılıqlı müdafiə haqda müqavilə Türkiyə ilə müzakirə olunur.

1994-1997-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri Richard Kauzlarich Azadlıq Radiosuna deyib ki, Azərbaycanın Rusiya ilə Avropa Birliyi arasında qalması onun Rusiyanın təzyiqinə daha həssas edir.

2010-2011-ci illərdə Azərbaycanda ABŞ səfiri olan Mətyu Bryza isə hesab edir ki, Rusiya Qazqafdakı müanqişələrlə Azərbaycanı Avropa ilə birləşdirən enerji layihələrini laxlatmaq istəyir.



Keçmiş dövlət müşaviri Vəfa Qulzadə deyir: “Krımdan sonra Rusiya üçün daha heç bir oyun qaydası qalmır. Rusiya istədiyi hərəkəti edə bilər”. ”Bizim strateji tərədaşlarımız bunu yadda saxlamalıdırlar və nə qədər gec deyil, hərəkət etməlidirlər”. ​​

Quluzadənin sözlərinə görə, Rusiyanın Azərbaycan əsas təsir vasitəsi Dağlıq Qarabağ münaqişəsidir. “Nə sülh, nə müharibə vəziyyəti ilə Rusiya Azərbaycan təzyiq etmək istəyir”.

Millət vəkili Asim Mollazadə deyir ki, “Bu gün Krımda baş verən əvvəlcə Dağlıq Qarabağda olub”. “Eyni senari ilə Azərbaycan ərazisinin 20 faizini itirdi”.

Quluzadə deyir: “ Rusiya Azərbaycan 3 istiqamətdən hücum edə bilər: Dağlıq Qarabağdan, Dağıstanla səsrhəddən və dənizdən. Rusiya Xəzər donanmasını müasirləşdirir. Aydındır ki, Rusiya İranla müharibə etmək istəmir”.

Assim Mollazadə isə deyir: “Təəsüf ki, Rusiya keçmiş SSRİ-nin bərpasına çalışır, Gömrük İttiufaqı və Avrasiya Birliyi vasitəsilə”.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm