“Proporsional seçki sisteminə keçilməlidir”
Bizi izləyin

Nida.az

“Proporsional seçki sisteminə keçilməlidir”

“Qafqazda Gürcüstanda, hətta düşmənimiz Ermənistanda, qonşu ölkələrdə Rusiyada, Qazaxıstanda bu gün hər iki sistem mövcuddur. Azərbaycanda bunu yenidən bərpa etmək təqdirəlayiq hal kimi qəbul edilər”

“BAXCP hələ bir neçə il bundan qabaq ilk dəfə olaraq Milli Məclisə konstitusiya dəyişikliklərinin edilməsi və ölkədə proporsional seçki sisteminə keçidlə bağlı milli məclisə qanun layihəsi təklif edib. BAXCP birmənalı olaraq Milli Məclisdə proporsional sistemin tətbiq edilməsinin tərəfdarıdır”.

Bu barədə BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Publika.Az –a açıqlamasında 2015-ci ildə keçiriləcək parlament seçkilərində proporsional sistemə keçidlə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Bildirib ki, BAXCP bununla bağlı hazırladığı qanun layihəsini Milli Məclisə təqdim edibdir: “Sonradan parlamentdə təmsil olunan BQP, VHP, Ədalət və BAXCP-nin adından hazırlanmış qanun layihəsi təqdim edildi. Bu partiyaların birgə hazırladığı qanunda layihəsində göstərilib ki, proporsional seçki sisteminə keçmək lazımdır. Bundan sonra seçkidə qalib gəlmiş partiya hökuməti formalaşdırmalıdır. Bunun üçün referendum keçirilməlidir. Məncə, bu reallaşarsa cəmiyyətdə partiyaların önəmi yüksələ bilər. Siyasi partiyalar cəmiyyətin demokratikləşməsində mühüm yer tutmalıdır. Siyasi partiyaların önəmini daha da gücləndirər. BAXCP referendum keçirilməsinin və bu qanun qəbul edilməsinin tərəfdarıdır. İnanmıram ki, bu qanun qəbul edilməsinin əleyhinə hansısa partiya olsun. Hal-hazırda Avropanın ən aparıcı ölkələrində, hətta Asiya ölkələrində də proporsional seçki sistemi mövcuddur”.

BAXCP sədrinin müavini Qafqazda yalnız Azərbaycanda proporsional seçki sisteminin olmadığını qeyd edib.
“Qafqazda Gürcüstanda, hətta düşmənimiz Ermənistanda, qonşu ölkələrdə Rusiyada, Qazaxıstanda bu gün hər iki sistem mövcuddur. Azərbaycanda bunu yenidən bərpa etmək təqdirəlayiq hal kimi qəbul edilər”-deyə o, diqqətə çatdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm