• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

AŞ PA-nın yeni vitse-prezidentlərinin adları açıqlandı

  • Nida.az
  • 7 Aprel 2014 16:30
  • 390 Baxış
AŞ PA-nın yeni vitse-prezidentlərinin adları açıqlandı

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün yaz sessiyasının ilk günündə təşkilatın iki yeni vitse-prezidenti seçilib. Bu barədə Trend AŞ PA-nın rəsmi saytına istinadən xəbər verir.

Təşkilatın yeni vitse-prezidentləri vəzifəsinə italyan Mişel Nikoletti (Michele Nicoletti) və Monteneqrodan Predraq Sekuliç (Predrag Sekulic) təyin olunub.

Qeyd edək ki, bu gün Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayıb.

Aprelin 11-dək davam edəcək sessiyada Azərbaycandan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda Azərbaycan daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov, Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fəzail İbrahimli, Sabir Hacıyev, Aydın Abbasov və Fazil Mustafa daxildirlər.

Sessiyanın gündəliyinə Rusiyanın təsdiqlənmiş mandatlarına əsaslı zəmində yenidən baxılması, Ukraynadakı son hadisələrin demokratiyaya təsiri, Avropada milli azlıqların vəziyyəti, işsizlik problemi, kiberməkanda istifadəçilərin təhlükəsizliyinin qorunması, internetə çıxış hüququ, Qırğızıstanın demokratiya üzrə tərəfdaşlıq üçün AŞ PA-ya müraciətinə baxılması və digər məsələlər daxil edilib.

Tədbirdə azərbaycanlı deputatlar S.Fətəliyeva və R.Hüseynov məruzələrlə çıxış edəcək, nümayəndə heyətinin üzvləri isə gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR