Kreml hədə dilini işə saldı: Azərbaycan cavab verəcək
Bizi izləyin

Nida.az

Kreml hədə dilini işə saldı: Azərbaycan cavab verəcək

Rusiya Azərbaycana qarşı qeyri-rəsmi hədə dilini işə saldı. Kremlin qeyri-rəsmi sözçüsü kimi tanınan Aleksandr Duginin dili ilə Moskva rəsmi Bakıya “başım açılan kimi mənə cavab verəcəksiniz” mesajını verdi. Belə ki, Duqin rus mediasına açıqlamasında deyi

Rusiya Azərbaycana qarşı qeyri-rəsmi hədə dilini işə saldı. Kremlin qeyri-rəsmi sözçüsü kimi tanınan Aleksandr Duginin dili ilə Moskva rəsmi Bakıya “başım açılan kimi mənə cavab verəcəksiniz” mesajını verdi. Belə ki, Duqin rus mediasına açıqlamasında deyib ki, Rusiyanın başı Ukraynaya qarışıb və bunu başa çatdırdıqdan sonra hansı dövlətin ona dost, hansı dövlətin isə düşmən olduğunu aydınlaşdıracaq: “Azərbaycanın ərazi bütövlüyünün təminatçısı kimi yalnız Rusiya çıxış edə bilər. Azərbaycan Ukrayna ilə bağlı BMT-dəki səsverməyə görə Rusiyaya cavab verəcək və rəsmi Bakı bunun əvəzini ödəyəcək”-deyə Dugin Azərbaycana doğru hədələri göndərib.

Xatırlayırsınızsa, ötən il prezident seçkilərindən öncə Moskva “lazım gələrsə İbrahimbəyovu dəstəkləmək olar” mesajını da məhz A. Duqinin dili ilə çatdırmışdı. Duqin “Kremldə İbrahimbəyovla danışıqlar aparılır” demişdi. O zaman da nə İbrahimbəyov, nə də Rusiya eyni layihədə yer almadıqlarını deyirdilər, lakin Moskva həm də sözünü deyirdi.

Hazırkı situasiyaya görə də Ukraynadan sonra Moskvanın cənuba doğru irəliləməsi ehtimalları artıb. Məhz Duginin dili ilə də Ukraynaya görə cavab verəcəksiniz tipli mesajlar çatdırır. Bunu deməyə əsas verən məqamlardan biri diplomatik dillə yanaşı, Duqinin kim olmasıdır.

A. Dugin 2002-ci ildən bəri Beynəlxalq Avrasiya Hərəkatı lideridir. Kremlin ideoloqlarından hesab olunur. Əsas hədəfi Avrasiyada Rusiya hegemonluğunun bərpası və rus ortodoks məzhəbinin hakim olmasıdır. Adətən Kremlinin hegemonluqla bağlı addımlarının ilkin açıqlamalarının verir. Onun Azərbaycanla bağlı hədələyici çıxışı da Kremlin növbəti addımı kimi qiymətləndirilə bilər.

Politoloq Qabil Hüseynli hesab edir ki, Duginin dedikləri Kremlin danışıq dilidir: “Rusiyanın əsas dərdi Avrasiya Birliyi və Gömrük İttifaqı ilə bağlıdır, həmçinin, Azərbaycanın bununla bağlı hansı mövqeyi bölüşməsidir. Kreml hər şeyi özünə uyğun təşkil etməyə çalışır. Rusiya öz strateji niyyətlərinin arxasınca gedir və fövqəldövlət olmağa can atır. Bu işdə də post-sovet məkanında da müstəqillik qazanmış respublikaları yeni ad altında öz ətrafına yığmaq istəyir. Bir sözlə gücünə güc qataraq bir qütblü dünyanı iki qütblüyə çevirmək istəyir. Duqinin dili ilə dedikləri də güman ki, gerçəkləşəcək və Rusiyadan təhlükə gözləməyə əsas var”.

Politoloq Vəfa Quluzadə də Duginin dediklərini ciddiyə almağın vacibliyini irəli sürür. Onun fikrincə, Kreml Jrinoviski ilə söyüş dilində danışırsa, Duginlə də hədələyici dilini işə salır: “Rusiyadan gələcək təhlükə qaçılmaz halını alıb. Bu baxımdan, buna barmaqarası baxmamalıyıq”.

Qeyd edək ki, bu gün xarici nəşrlərdə də Kremlin Azərbaycana ünvanlanmış təhdidləri ilə bağlı yazıar dərc olunub.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm