Azərbaycanda nə qədər müsəlman var? - Beynəlxalq hesabat
Bizi izləyin

Nida.az

Azərbaycanda nə qədər müsəlman var? - Beynəlxalq hesabat

Azərbaycanda nə qədər müsəlman var? - Beynəlxalq hesabat

Azərbaycanda dini müxtəliflik çox aşağı səviyyədədir. Publika.Az xəbər verir ki, bu barədə Pew Araşdırmalar Mərkəzinin Dini Müxtəliflik İndeksi adlı son araşdırmasında belə deyilir. Ancaq Azərbaycanın Dini Müxtəliflik İndeksində cəmi 0.7 balla aşağılarda olmasının səbəbi heç də ölkədə dini tolerantlığın səviyyəsi ilə bağlı deyil. Sadəcə Pew Araşdırmalar Mərkəzi hazırladığı indeksdə müəyyən ölkədə 8 dini qrupun yayılmasını nəzərdən keçirir.



2010-cu ilin rəqəmləri əsas götürülərək hazırlanan hesabatda Azərbaycanda əhalinin 96.9 faizini müsəlmanlar, cəmi 3 faizini xristianlar və qalan 0.1 faizini başqa dinlərin nümayəndələri təşkil edir deyə Azərbaycan sözügedən indeksdə Dini Müxtəlifliyin aşağı səviyyədə olduğu ölkələr arasında yer alır.


Misal üçün, Azərbaycanın qonşularından Ermənistanın indeksdə balı daha aşağıdır, 0.3-dür. Çünki, əhalinin 98.5 faizini eyni dinin – xristianların davamçıları təşkil edir. İranda əhalinin 99 fazidən çoxu eyni dinin nümayəndələridir deyə, balı da cəmi 0.1-dir.

Keçmiş sovet ölkələrindən Qazaxıstan, Rusiya, Ukrayna və Belarus Dini Müxtəliflik səviyyəsi orta olan ölkələr arasındadır. Gürcüstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Moldova da Azərbaycanla eyni qrupda yer alır. ​​


Dini Müxtəliflik İndeksində ən yuxarıda olan ölkə isə dünyada Sinqapurdur. Bu ölkədə ölkə əhalisinin 34 faizi buddistlər, 18 faizi xristianlar, 16 faizi heç bir dinə inanmayanlar, 14 faizi müsəlmanlar, 12 faizə yaxını yerli dini qruplara aid olanlar, 5 faizi induistlər, 1 faizə qədəri yəhudilərdir.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm