Qərb Ukraynanı aldatdı - Rusiya SSRİ - yə çevirilir - ŞƏRH
Bizi izləyin

Nida.az

Qərb Ukraynanı aldatdı - Rusiya SSRİ - yə çevirilir - ŞƏRH

Ukraynanı kim parçaladı? Rusiya və Qərb arasında dilemma

İlk dəfə Ukraynada 2004-cü ilin qışında baş verən məxməri inqilab cəhdi bir sualı ciddi şəkildə qarşıya qoydu. Rusiyanın taleyi necə olacaq?

Amerikan nəzəriyyəçilərinin qlobalist prinsiplərə söykənən müddəaları Rusiya ilə məsələni birdəfəlik həll etmək üçün hərəkətə başladı.

Ssenari çox sadə idi. Uzun zamandan bəridir davam edən Sovet kadralarının hakimiyyətinə son vermək və Rusiya qarşısında Ukrayna kimi bir qala yaratmaq idi. Təbii ki, o zamanlar bunun icra edilməsi üçün sadə bir variant da hazılanmışdı. Qan-qada törətmədən rahat yolla(sonralar buna narıncı inqilab adı verildi) hakimiyyəti dəyişməyi qərara aldılar. Rusiyameyilli Yanukoviç zorla seçimlərdə qazandığı qələbədən məhrum edildi və bu dəfə Qərbin maliyyə mənbəyi ilə hakimiyyəti ələ keçirmiş Yuşşenko hakimiyyətə gəldi.

İlk dəfə, Rusiya sərhədlərinə dayanmış bəlanın fərqinə vardı.

"Demokratik Ukrayna"

Ukrayna üçün yeni dönəm başlamışdı. NATO hərbi əməkdaşlığı, Aİ isə iqtisadi inteqrasiya proqramları ilə Ukraynanı həzm etməyə başladı. Amma bu qüvvələr bir şeyi unutmuşdu. Ukraynanın Şərq hissəsinin əhalisi rusmeyillilərdir və bunlar potensial qüvvə olaraq gələcəkdə mühüm yer tutacaqdılar.

Qərbin daha bir ciddi səhvi Ukrayna üçün nəzərdə tutduqları enerji siyasəti idi.

Rusiyanın məharətlə yararlandığı qaz diplomatiyası Ukrayna qarışıq bir neçə dövləti qışda dondurdu.

Bunun bariz nümunəsi olaraq, qadın baş nazir Timoşenko həyatının bir neçə ilini həbsdə yatacaqdı.

Nəhayət, Rusiya uzun bir aradan sonra, 2006-cı ildə müvəqqəti də olsa öz kadrı-Yanukoviçin Baş nazir seçilməsini təmin edə bildi. Amma böyük oyunun fonunda bu qələbə ani zərbə təsiri bağışladığı üçün ağrısı tez unuduldu və iki il sonra Yanukoviç artıq müxalifətdə yer almışdı.

Rusiya bu dəfə qəti hücuma keçməyi nəzərdə tutmuşdu. 2010-cu ilin prezident seçkilərində Cənubi və Şərqi Ukrayna əhalisinin səyi nəticəsində Yanukoviç Qərb kolonunu əzərək rusiyameyilli hakimiyyəti bərpa edə bilmişdi.

4 İllik hakimiyyət Yanukoviçə və Rusiyaya qalibiyyət təntənəsi yaşatmaqla yanaşı Qərbə maraqlı bir mesaj da etdi: rusmərkəzçilik bir addımlıqdadır və neorusiya elə SSRİ arzusununu reallaşmasıdır.

Açarı Qərbdə olan Maydan evi

Ukrayna kimi ciddi bir qüvvəni itirən Qərb böyük miqyasda Rusiyaya uduzuğunu həzm edə bilmədiyi üçün oyunu davam etdirməkdə qərarlı idi.

2014-cü ilin ilk aylarında başlayan Maydan mitinqləri qısa zamanda güclü maliyyə dəstəyi ilə öz arzusuna iri addımlarla yaxınlaşdı.

10 il əvvəl olduğu kimi hədəf yenə Yanukoviç və Rusiya idi. Amma yenə olmayan bir şey vardı. Bu da daha güclü Rusiya və fürsət gözləyən Putin idi.

Fevralda mitinqlər zirvə nöqtəsinə çatdı.

Boksyor qardaşların müxalifəti istəyinə çatmışdı-Yanukoviç qaçmış, Timoşenko həbsdən çıxmış və Ukraynda Qərbin nüfuzu təmin edilmişdi.

Amma Rusiyanın bu dəfə hansı kartı oynayacağını kimsə bilmirdi.

Rusiya Qambitə getdi.

Əgər diqqətinizdən qaçırmamısınızsa, yuxarıda qeyd etmişdik ki, Rusiyanın Ukraynadakı əsas gücü Cənubi və Şərqi Ukrayna əhalisidir.

Rusiya bu dəfə, son və qəti olaraq məhz bundan istifadə etməyə başladı.

Əvvəlcə, 1950-ci ildə Ukraynana hədiyyə verdiyi Krımı ilhaq etdi.

Bu gün isə Donetsk eyni ssenari ilə prosesi başladı.

Bu tale dəqiq deyə bilərik ki, Dnestryanını, Osetiyanı, Abxaziyanı və nəhayət Dağlıq Qarabağı da gözləyir.

Rusiya bununla da Qərbin, qloballaşmanın cavabını verdi.

Amma əzilən qüvvələri yasda boğan isə Qərbdəki qüvvələrin onları Rusiya qarşısında yem olaraq qoyub qaçması oldu.

Ukraynada müvəqqəti hökumət qurulub. Yeni prezident Turçinov Ukrayna hər yeni ərazi itirdikcə bəyanat verməsi ilə yadda qalır. Qərbdən isə...

Artıq nə reaksiya var, nə də yağlı-yağlı vədlər. Rusiya isə böyüməkdə davam edir.

Əziz Əlibəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm