• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Mübariz Mənsimovdan laçınlılara maraqlı jest

  • Nida.az
  • 8 Aprel 2014 11:36
  • 1 444 Baxış
Mübariz Mənsimovdan laçınlılara maraqlı jest

“Palmali” Şirkətlər Qrupu istehsal etdiyi yeni gəmilərə Azərbaycanın istiqlalı uğrunda xidmətləri olan Xosrov bəy və Sultan bəy Sultanov qardaşlarının adlarını verib.

Bu münasibətlə laçınlılar şirkətin prezidenti Mübariz Mənsimova təşəkkür edib.

Teleaparıcı Vəsilə Vahidqızı bununla bağlı Publika.Az -a bildirib ki, bir müddət öncə Laçın camaatı adından M. Mənsimova müraciət ünvanlayıb: “Müraciətimizdə Vətənimizin istiqlalı və torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə misilsiz xidmətləri olmuş, öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış Xosrov bəy və Sultan bəy Sultanov qardaşlarının adlarının əbədiləşdirilməsini xahiş etmişdik.

İki gün öncə yayılan məlumatda Şirkətlər Qrupunun əldə etdiyi növbəti gəmilərə Azərbaycanın istiqlal tarixində böyük rolu olmuş şəxsiyyətlərin adlarının verildiyini, o cümlədən bu gəmilərin ikisinə Sultan bəyin və Xosrov bəyin adlarının verildiyini eşitdik. Bu xəbər təkcə Laçın camaatının deyil, bütövlükdə xalqımızın sevincinə səbəb olub. Ölkə mediasında, o cümlədən sosial şəbəkələrdə aparılan müzakirələrdən aydın olur ki, bu addım hər bir azərbaycanlının, ölkəmizi sevən hər kəsin ürəyincə olub.

Mübariz bəy bu qardaşların adlarını əbədiləşdirməklə təkcə həmin böyük insanlara deyil, bütövlükdə xalqımıza, onun şanlı istiqlal tarixinə öz dərin hörmət və ehtiramını bir daha ifadə edib. Bu iki qardaşın adı ilk növbədə Qarabağ adı ilə assosiasiya olunur, çünki onlar Qarabağın müdafiəsi və inkişafı üçün əllərindən gələn hər şeyi etmişlər”.

V. Vahidqızının fikrincə, M.Mənsimovun bu addımı laçınlıları daha da ümidləndirib, torpaqlarımızın azad olunmasına, yurd yerlərimizə dönəcəyimizə inamımızı bir az da artırdı: “İnanırıq ki, adları əbədiləşdirilən bu iki böyük şəxsiyyətin doğma yurdunda onlara ucaldılmış möhtəşəm abidə qarşısında Mübariz bəyi salamlayacağımız gün də çox uzaqda deyil”.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR