“Qəbələ RLS NATO ilə birlikdə istifadə edilməlidir”
Bizi izləyin

Nida.az

“Qəbələ RLS NATO ilə birlikdə istifadə edilməlidir”

“Qəbələ RLS NATO ilə birlikdə istifadə edilməlidir”

“Qələbə RLS-in Müdafiə Nazirliyinin balansından çıxarılmasının uğursuz addım hesab edirəm. Hesab edirəm ki, yaranmış durumda Azərbaycan Qəbələ RLS-ni NATO ilə birlikdə istifadə olunması perspektivini həyata keçirilməlidir”.

Bu barədə hərbi ekspert Cəsur Sumərinli Publika.Az -a açıqlamasında deyib. Ekspert bildirib ki, Qəbələ RLS NATO-nun Ağıllı Müdafiə layihəsində uyğun gələ bilər: “Bu istiqamətdə araşdırmalar aparılmalıdır. İndiki məqamda o obyektin ləğv edilməsi planları qəbul edilməzdir”.

C. Sumərinli NATO-nun Azərbaycanla, o cümlədən digər post-sovet ölkələri ilə əməkdaşlığı dərinləşdirilməsi qərarına münasibət bildirib. Onun sözlərinə görə, NATO Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında dəstək verir: “NATO baş katibinin xüsusi nümayəndəsi Ceyn Apaturay bu barədə açıqlama vermişdi.

Əslində bu 4 ildir davam edən prosesdir. Hesab edirəm ki, Azərbaycanın müsbət cavabı olsa, NATO tərəfi Azərbaycanda enerji təhlükəsizliyinin təmin olunmasında müxtəlif dəstək verə bilər. Digər tərəfdən Azərbaycan Silahlı Qüvvələrində islahlatlar məsələdir. İndiyə qədər NATO ilə Azərbaycan arasında bir çox sənədlər imzalanıb. Onlardan biri də Hərbi Tərəfdaşlıq üzrə Fəaliyyət Planıdır.

NATO ilə Azərbaycan arasında gözlənilən əməkdaşlığın dərinləşdirilməsi ümid verir ki, Silahlı Qüvvələrdə bir sıra islahatlar həyata keçiriləcək”.

Ekspert qeyd edib ki, Azərbaycanın Ağıllı Müdafiə layihəsində iştirak perspektivləri də əsasdır.
“NATO xarici işlər nazirlərinin aprelin 1-2-də keçirilən toplantısında yekün qərar olmuşdu ki, bu layihəyə NATO-ya fəal tərəfdaş ölkələr daxil edilsin. Söhbət post sovet ölkələrdən, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukraynadan gedir.

Bu baxımdan, böyük ehtimalla Azərbaycanla yeni danışıqlar aparıla bilər. Amma hazırda elə bir yaxınlaşma yoxdur. NATO mesajını çatdırıb, amma Azərbaycanın mövqeyi hələ ki bəlli deyil. Sentyabr ayında NATO-nun növbəti sammiti var. Güman ki, həmin müddətdə Azərbaycan tərəfi mövqeyini açıqlayacaq”-deyə C. Sumərinli bildirib.


Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm