Prezident Naxçıvanın yubileyinə həsr edilən mərasimdə
Bizi izləyin

Nida.az

Prezident Naxçıvanın yubileyinə həsr edilən mərasimdə

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

Trend-in məlumatına görə, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının salonuna toplaşanlar - muxtar respublikanın hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, ölkəmizdəki diplomatik korpusun, Naxçıvan ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.



Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə geniş nitq söylədi.



Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış etdi.



Prezident İlham Əliyevin 2014-cü il 5 aprel tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə görə muxtar respublikanın bir qrup ziyalısı müxtəlif orden və medallara, fəxri adlara layiq görülüb.


Dövlətimizin başçısı həmin mükafatları sahiblərinə təqdim etdi.



Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə bir daha təbriklərini çatdırdı.
Yubiley mərasiminin rəsmi hissəsindən sonra Naxçıvan Muxtar Respublikasının incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olundu.



Azərbaycan Prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, təntənəli mərasimdə iştirak edən qonaqlar konsert proqramına maraqla tamaşa etdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm