• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“İsa Qəmbərlə danışıqları Eldar Namazov aparır”

  • Nida.az
  • 8 Aprel 2014 14:36
  • 433 Baxış
“İsa Qəmbərlə danışıqları Eldar Namazov aparır”

Müsavat Milli Şuradan ayrıldıqdan sonar müxalifət düşərgəsindəki partiya və siyasi təşkilatlarla əməkdaşlıq sazişi imzalamaq ideyasının ortaya atdı.

Bu istiqamətdə bir neçə görüşlər keçirilsə də, hələ ki ciddi nəticəlıər görünmür. Əməkdaşlıq sazişində ən ümidli gediş isə “El” hərəkatı ilə aparılan danışıqlardır.

Tərəflər belə bir sazişə hazır olduqlarının açıqlayırlar, lakin uzun müddət keçməsinə baxmayaraq, aylardır saziş imzalanmamış qalır.

Bununla bağlı Publika.Az-a açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib ki, hazırda bağlanacaq əməkdaşlıq haqda sazişin razılaşdırılması prosesi davam edir.

Onun sözlərinə görə, artıq prinsipial razılıq əldə olunub: “Hazırda “El”də partiyalaşma ilə bağlı müəyyən işlər getdiyi üçün müəyyən qədər bu məsələ gecikir, amma iş davam edir.

NİDA ilə də müəyyən razılaşmalar barədə danışıqlar gedir. Digər partiyalardan isə bizə müraciət daxil olmayıb”.

“El” hərəkatının sədr müavini Köçəri Nağıbəyli isə qeyd edib ki, hazırda təşkilat qurultaya hazırlaşır.
“Təşkilat Komitəsinin sədri Eldar Namazovdur.

Yəqin İsa Qəmbərlə danışıqları da Eldar Namazov aparır. Düşünürəm ki, müxalifətdə olan demokratik təşkilatların bir-biri ilə ikitərəfli sazişinin heç bir ziyanı yoxdur.

Bu işlərə normal baxıram. İki təşkilatın rəhbərliyi əvvəldən danışıqlar aparmışdı, razılıq var, bircə rəsmiləşdirilməsi qalıb.

Hazırda Eldar müəllim Avropadadır, qayıtsın bu işlər yoluna qoyulacaq”-deyə o qeryd edib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR