Nida.az
Elmar Məmmədyarov Əfqanıstan səfiri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam
Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Şaker Karqarı
diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul
edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, görüşdə E.Məmmədyarov Azərbaycan ilə Əfqanıstan arasında
münasibətlərin inkişafından məmnunluq ifadə edib və səfir
M.Ş.Karqara bu işdə verdiyi töhfəyə görə minnətdarlıq bildirib.
Əfqanıstanlı diplomat ölkəmizdən xoş təəssüratla ayrıldığını qeyd
edib və burada fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan
tərəfinə təşəkkür edib.
Nazir səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Həmçinin görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB