Nida.az
Azərbaycanın ABŞ-dakı səfirliyində mühüm tədbir keçirilib
Azərbaycanın ABŞ-dakı səfirliyində aprelin 7-də nüfuzlu İcraçı Direktorlar Təşkilatının (Chief Executives Organization) üzvləri ilə görüş və ziyafət keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata
görə, görüşdə təşkilatın ABŞ, Böyük Britaniya, Avstraliyadan olan
üzvləri ilə yanaşı, aparıcı təhsil ocaqlarından hesab edilən Con
Hopkins Universitetinin Beynəlxalq münasibətlər Mərkəzinin dekanı
Vəli Nəsr də iştirak edib.
Görüş zamanı səfir Elin Süleymanov çıxışında Azərbaycanın coğrafi
mövqeyinin ölkənin xarici siyasət istiqamətləri və xarakterinin
formalaşmasına təsiri barədə məlumat verərək, regional sabitliyin
əsasında region dövlətləri arasında qarşılıqlı faydalı
münasibətlərin dayandığını deyib. Bu xüsusda, Azərbaycanın öz
qonşuları Gürcüstan və Türkiyə ilə əlaqələrinin nümunəvi olduğunu
qeyd edib.
Azərbaycanın şərqdən Xəzər dənizi ilə sərhədlənməsinin siyasi və
strateji üstünlüklərindən bəhs edən səfir bu xüsusda, ilk olaraq,
zəngin enerji resurslarına çıxış imkanını qeyd edib. E.Süleymanov
hazırda regional sabitliyin əsasında məhz Ümummilli lider Heydər
Əliyevin uzaqgörən siyasi iradəsinin ifadəsi olan qərarlar
nəticəsində reallaşdırılmış enerji layihələrinin dayandığını
bildirib.
Regional əməkdaşlığın inteqrasiya proseslərinin əsasında
dayandığını bildirən diplomat Azərbaycan tərəfindən irəli sürülən
təşəbbüslərin yalnız maddi mənfəətlə məhdudlaşmadığı, eyni zamanda
uğurlu regional məkan qurulmasına xidmət etdiyini qeyd edib.
Azərbaycanın qonşu dövlətlərlə, Türkiyə və Gürcüstanla
əməkdaşlığının qarşılıqlı faydalı olmasının və hər üç dövlətin
sonrakı iqtisadi inkişafına töhfəsinin danılmaz fakt olduğunu əlavə
edib.
Diplomat regionun hərtərəfli inkişafında əsas maneənin
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin olduğunu
bildirərək, Ermənistanın işğalçılıq siyasətinə son qoyması ilə bu
layihələrə cəlbinə heç bir əngəl olmadığını diqqətə çatdırıb.
Ermənistan hakimiyyətinin münaqişənin nizamlanmasında tutduğu
qeyri-konstruktiv mövqenin həm dövlətin regional inteqrasiya
proseslərindən kənar qalması, həm də erməni xalqının yaşayışının
günü-gündən pisləşməsi ilə sonunclandığını təəssüflə qeyd edib.
Ermənistanda rəsmi siyasi dairələrin müstəqil siyasət apararaq,
erməni xalqının mənafeyini ön plana çəkəcəkləri halda, münaqişənin
nizamlanmasının həm dövlət, həm də xalq üçün faydasını dərk etmiş
olacağını əlavə edib.
Sonda dünyada baş verən son siyasi proseslər, o cümlədən Ukraynada
baş vermiş hadisələr barəsində geniş fikir mübadiləsi aparılıb.
E.Süleymanov bildirib ki, ABŞ və Avropa dövlətlərinin beynəlxalq
hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipinə
münasibətdə qeyri-ardıcıllıq və laqeyd yanaşması bu kimi
ayrılmalara yol açır.
Səfir həmçinin qeyd edib ki, Ukrayna hadisələrinin enerji
yollarının şaxələndirilməsinin enerji asılılığınının aradan
qaldırılmasında necə önəmli rol oynadığını və Azərbaycan tərəfinin
enerji layihələrinin reallaşdırılması istiqamətində verdiyi
qərarların strateji önəmini bir daha sübut edir.
Qeyd edək ki, dünyanın ən nüfuzlu iki min şirkətinin icraçı
direktorlarının toplandığı təşkilata üzvülük yalnız konkret
şərtlərin ödənilməsi ilə dəvət əsasında mümkündür.
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı