“Abbas hara, Türk Tarix Qurumu hara”- Cəmil Həsənli Abbasovla görüşündən danışdı
Bizi izləyin

Nida.az

“Abbas hara, Türk Tarix Qurumu hara”- Cəmil Həsənli Abbasovla görüşündən danışdı

“Abbas hara Türk Tarix Qurumu hara”- Cəmil Həsənli Abbasovla görüşündən danışdı

“Bu yüz dəfə deyilib ki, belə bir şey olmayıb. İndi də deyirəm ki, mənim Abbas Abasov və onun oğulları ilə heç bir görüşüm olmayıb”.

Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli Publika.Az -a açıqlamasında onun Türkiyədə “Çırağan” hotelində Azərbaycan Baş nazirinin keçmiş birinci müavini, Rusiyada fəaliyyət göstərən “Azərros”-un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov və onun oğulları ilə görüşdüyü haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib.

C. Həsənli deyib ki, Abbas Abbasovu tanımır.

“Mən Türk Tarix Qurumun fəxri üzvüyəm, onun tədbirlərinə gedirəm. O zaman da qurumun tədbirində iştirak etmişəm. Amma Abbas hara Türk Tarix Qurumu hara. Mənim Abbas Abbasova heç bir münasibətim yoxdur, onu tanımıram”-deyə Milli Şura sədri bildirib.

Qeyd edək ki, musavat.com-a daxil olan məlumata görə, Cəmil Həsənli Türk Tarix Qurumunun tədbirində iştirak etmək üçün Türkiyəyə səfəri zamanı axşam saatlarında “Çırağan” otelində A. Abbasov və onun oğulları ilə görüşüb. Məlumata görə, görüşdə əsas məqsəd Cəmil Həsənlinin “yoxlanılması” olub.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm