Keçmiş İran səfiri Rusiyanın Qarabağla bağlı gizli planlarını açıqladı - ÖZƏL
Bizi izləyin

Nida.az

Keçmiş İran səfiri Rusiyanın Qarabağla bağlı gizli planlarını açıqladı - ÖZƏL

Keçmiş İran səfiri Rusiyanın Qarabağla bağlı gizli planlarını açıqladı - ÖZƏL

“Əgər ATƏT-in Minsk qrupu mane olmasa, Azərbaycan və İran tərəfləri razılıq versə, o zaman İran qonşu dövlət kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük töhfələr verə bilər”.

Bunu Publika.Az-a açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bildirib.

Onun sözlərinə görə, Azərbaycan münaqişənin həlli ilə bağlı prosesə İslam Əməkdaşlıq Təşkilatını və Qoşulmama Hərəkatını da cəlb etməlidir. Sabiq səfir indiki halda bunun vacibliyini vurğulayıb.

Ə.Süleymani deyib: “Çünki indiyədək ATƏT-in Minsk qrupu Azərbaycanın xeyrinə nə isə etməyib. Bilirsiniz ki, artıq Rusiya Krımı özünə birləşdirdi və digər ərazilərlə bağlı da planlar cızır.

Bunu daha çox Azərbaycan nəzərə almalıdır. Düşünürəm ki, Azərbaycan dünyanı Ermənistana qarşı sanksiya tədbiq etməyə çağırmalıdır.

Bu sanksiya Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsinə qədər davam etməlidir. Bu işlərin görülməsi üçün isə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı böyük kömək edə bilər.

Məncə İran münaqişənin həlli istiqamətində çox iş görə bilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm