Azərbaycan və İran arasında sənədlər imzalanıb
Bizi izləyin

Nida.az

Azərbaycan və İran arasında sənədlər imzalanıb

Azərbaycan və İrana arasında sənədlər imzalanıb

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İran prezidenti Həsən Ruhaninin dəvəti ilə bu ölkəyə etdiyi rəsmi səfəri çərçivəsində iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib.

Publika.Az – İRNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, dörd sənəd imzalanıb.

Azərbaycan Gənclər və İdman Nazirliyi ilə İran Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu, Azərbaycan Fövqəladə Hallar Nazirliyi və İran Daxili İşlər Nazirliyi arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqda anlaşma memorandumu, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikası Yol və Şəhərsalma Nazirliyi arasında hidrometeorologiya məsələləri ilə bağlı əməkdaşlıq haqda anlaşma memorandumu, Azərbaycan və İran hökumətləri arasında Ordubad və Marazan Su Elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Sənədləri Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, xarici işlər naziri Şahin Mustafayev və xarici işlər naziri Elmar Məmmədyarov imzalayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm