“O, azərbaycanlıları söymək üçün Dumada kreslo tutur”- Jirinoviskiyə ağır sözlər
Bizi izləyin

Nida.az

“O, azərbaycanlıları söymək üçün Dumada kreslo tutur”- Jirinoviskiyə ağır sözlər

“O, azərbaycanlıları söymək üçün Dumasında kreslo tutur”- Jirinoviskiyə ağır sözlər

Rusiya Federasiyasının Tatarıstan Respublikasında fəaliyyət göstərən “Azərbaycan” cəmiyyəti Dövlət Dumasının üzvü, Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinoviskinin azərbaycanlılar haqqında səsləndirdiyi fikirləri sərt tənqid edib.

Cəmiyyətin sədri Sübhan Əhədzadə Publika.Az -a açıqlamasında bildirib ki, bu şəxs öz milliyyətinin nə olduğunu bilmir: “Jirinoviski son zamanlar qədim tarixə, mədəniyyətə, adət-ənənələrə malik olan şərəfli Azərbaycan xalqlına təhqir edici bəyanatlarla çıxış edir.

Maraqlıdır, bu dağ siyasətbazı öz milliyyətini bilirmi?!

Bizi narahat edən odur ki, Rusiyanın siyasi elitası Jrinoviskinin davranışlarına reaksiya vermədi. Biz istəyirik ki, rus xalqı bu alçaq əyarlı siyasətçiyə layiq olduğu yeri göstərəcək”.

S. Əhədzadə qeyd edib ki, “Azərbaycan” cəmiyyəti V. Jirinoviskini dedikləri fikirlərə görə qınayır.
“Hesab edirik ki, Jirinoviski heç bir xeyir verməyən siyasətçidir.

O yalnız başqa millətləri, həmçinin azərbaycanlıları söymək üçün Dövlət Dumasında kreslo tutur”-deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm