• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İsa Qəmbərin müşaviri: “Gülağa Aslanlı Arif Hacılıya dəstək verirsə...”

  • Nida.az
  • 9 Aprel 2014 16:49
  • 663 Baxış
İsa Qəmbərin müşaviri: “Gülağa Aslanlı Arif Hacılıya dəstək verirsə...”

“Gülağa Aslanlı Arif Hacılıya dəstək verirsə, bu onun başqanlıqda favorit olduğu demək deyil. Yaxud icra aparatının rəhbəridirsə, daha şanslı namizəddir”.

Bu barədə Müsavat başqanının müşaviri Səxavət Əlisoy Publika.Az -a açıqlamasında Arif Hacılının başqanlıq təbliğatına başladığı haqqında xəbərlərə münasibət bildirərkən deyib.

Partiyada başqanlıq təbliğatına start verilmədiyini deyən S. Əlisoy hesab edir ki, A. Hacılının rayonlarda keçirdiyi görüşlər partiya işi ilə bağlıdır.

“Bütün söz-söhbətlər siyasi şoudur. Bunlar mənə qıcıq vermir, normal bir prosedurdur. Mərkəzi aparatın rəhbəri hansısa rayon təşkilatı ilə görüşəndə hətta təbliğat fikri olmasa belə o rəy yaranır ki, yəqin seçki ilə əlaqədar görüşlərə gəlib. Burada vahiməli bir şey yoxdur.

Rəsmi olaraq kampaniyaya start veriləndən sonra hər bir namizədin rayon təşkilatlarında təbliğatını qurmaq haqqı var. Qurultaya vaxt var, məkan da müəyyən olunandan sonra gedib öz işimizi quracağıq. Mən fərqli şəkildə kampaniya ortalığa qoyacağam. Partiyada regional müstəvi yoxdur.

Özünü favorit sayanların rayonlarından belə mənə dəstək verənlər var. Özəl söhbətlərimizdə bu barədə deyiblər. Mənim mənsub olduğum bölgədən digər namizədlərə dəstək vermələri mümkündür”-deyə İsa Qəmbərin müşaviri qeyd edib.

Qeyd edək ki, S. Əlisoy da Müsavat başqanlığına iddialılar sırasındadır.

Publika.Az-a daxil olan məlumata görə isə A. Hacılı bölgələrdə keçirdiyi görüşlərdə başqanlığa namizəd kimi təbliğat da aparır.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR