“Etibar Hüseynov səhv etmişdi” – Şuşanın icra başçısı
Bizi izləyin

Nida.az

“Etibar Hüseynov səhv etmişdi” – Şuşanın icra başçısı

“Etibar Hüseynov səhv etmişdi” – Şuşanın icra başçısı

“Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Milli Məclisin deputatı Etibar Hüseynovun ANS telekanalında Qarabağ qaçqın və məcburi köçkünləri haqda söylədiyi fikirlərin etirazla qarşılanması məsələsinə münasibət bildirib.

İcma rəhbəri B.Səfərov Publika.Az-a açıqlamasında deyib: “Etibar Hüseynov səhvini başa düşüb Milli Məclisdə üzr istədi.

Etibar Hüseynov səhv etmişdi, ancaq öz səhvini başa düşdü. Məncə bu məsələni çox şişirtməyə də ehtiyac yoxdur. İndi səhvdir də edib.

Bəlkə də fikrini düz çatdıra bilməyib. Hər kəsin öz danışıq forması var da. Əsas odur ki. Səhvini başa düşüb üzr istəyib. Səhvini başa düşənin isə günahından keçmək lazımdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm