Ərdoğan üçün gələn killer, Türkiyə xəritədən silinir, Asiyanın “ürəyi”ndə savaş – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Ərdoğan üçün gələn killer, Türkiyə xəritədən silinir, Asiyanın “ürəyi”ndə savaş – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu siyasi gündəmi məşğul edən bir sıra məsələlər oldu. Xüsusilə Azərbaycan mediasına müsahibə verən Rusiya prezidenti Vladimir Putinin açıqlamaları və avqustun 8-də Bakıda keçiriləcək üçtərəfli görüşə hazırlıq diqqət çəkdi.

"Azərbaycanla Ermənistana hansısa resepti qəbul etdirməyə çalışmırıq".

Bu barədə V. Putin Dağlıq Qarabağla bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Rusiyanı Azərbaycan və Ermənistan ilə dərin tarixi köklər, strateji xarakterli münasibətlər, coğrafi yaxınlıq bağlayır. Buna görə də biz həqiqətən maraqlıyıq ki, qonşu regionda sülh və asayiş yenidən bərqərar olsun, orada insanlar həlak olmasınlar, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin: "Bunun üçün nə mümkündürsə edirik. Xatırladım ki, Rusiyanın birbaşa köməyi ilə 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalanıb və bu saziş indiyə qədər atəşkəsin əsasını təşkil edir. 2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi mühüm mərhələ oldu. Sənəddə təsdiq edilib ki, münaqişənin tənzimlənməsinə yalnız siyasi yolla nail olmaq mümkündür. Yeri gəlmişkən, bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları ilk və hələlik yeganə sənəddir. Bu il aprel ayının əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında da məhz Rusiya həlledici rol oynayıb".

V. Putin qeyd edib ki, münaqişənin həllinə dair bu il iyunun 20-də Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən konstruktiv əhval-ruhiyyəni alqışlayırlar.

"Bəzən deyirlər ki, Rusiya Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fəaliyyəti inhisarlaşdırmağa, digər vasitəçiləri kənarlaşdırmağa çalışır. Bu, yanlış təsəvvürdür. Rusiya Prezidentinin iştirakı ilə Qarabağ mövzusuna dair üçtərəfli sammitlər, - onların sayı iyirmidən çoxdur, - münaqişənin tənzimlənməsi üzrə ATƏT-in həmsədrləri Rusiya, ABŞ və Fransa olan Minsk qrupunun səylərini üzvü şəkildə tamamlayır", - deyə o bildirib.

Son illər ilk dəfədir ki, Vladimir Putinin Dağlıq Qarabağ məsələsi haqda bu qədər geniş danışdı. Bu, münaqişənin həlli ilə bağlı ciddi proseslərin getdiyindən xəbər verir.

Rusiya prezidenti Qarabağ məsələsini Ərdoğanla da müzakirə edəcək.

Onların görüşü avqustun 9-da Sankt-Peterburqda keçiriləcək.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Türkiyə və Rusiya prezidentlərinin görüşündə iki ölkə arasındakı münasibətlərin bərpası istiqamətində ciddi müzakirələr aparılacaq: "Bundan başqa, iqtisadi məsələlər də diqqət mərkəzində olacaq. Görüş zamanı liderlər həm də Suriya da daxil olmaqla bölgədəki problemlərlə bağlı fikir mübadiləsi aparacaqlar".

Türkiyə mediası isə yazıb ki, Ərdoğanla Putin arasında keçiriləcək görüşdə regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq.

***

Türkiyədə isə sular durulmur. 15 iyul çevriliş cəhdi ilə bağlı hər keçən gün yeni detallar ortaya çıxır.

"Türkiyəni tutacaqlar, o xəritədən yox olacaq. Kürdlər və ermənilər onun əraziləri alacaqlar".

Türkiyədə baş verən hadisələr fonunda yunan keşiş Paisiy Svyatoqoreçin öncəgörmələri gündəmə gəlib.


1994-cü ildə vəfat edən keşiş tarixi belə proqnozlaşdırırdı:

- Müharibə iki il yarım olacaq. Ruslar Türkiyəni tutacaqlar. O xəritədən silinəcək. Türklərin 3/1 hissəsi xaçpərəst olacaq, 3/1 hissəsi öləcək. 3\1 hissəsi isə Mesopotamiyaya köçəcək. Kürdlər və ermənilər Türkiyə ərazilərinin bir hissəsini alacaq.

- Yunanıstan bu müharibədə birinci rolu oynamayacaq, lakin İstanbulu (Konstantinopol) onu verəcəklər.


- Ruslar Bosfor və Dardanelə enən vaxt Avropanın başqa ölkələri deyəcək: biz ora getməyək? Qərb Rusiyadan qoşunlarını çıxarmağı tələb edəcək. Rusiya imtina edəcək və ona qarşı hücumlar başlayacaq. Konstantinopolda o qədər rus qanı töküləcək ki, üç yaşlı öküz bu qanın içində üzə biləcək. Dünya müharibəsi başlayacaq, ruslar itki verəcəklər. Biz qətliam görəcəyik, şəhərlər xaraba qalacaq.


- Yaxın Şərq döyüş səhnəsi olacaq. Hətta Çin ordusu Fərat çayının keçəcək, Qüdsə çatacaq.

Hazırda Türkiyədə baş verən proseslər yunan keşişin bu sözlərinə diqqəti cəlb edir.

Amerikalı casusların Türkiyə oyunu

Türkiyəni keşişin proqnozlarına uyğun dizayn etmək istəyən amerikalı casuslar iyulun 15-də İstanbula gəliblər.İstanbul "Büyükada Splendid Palace" otelində məxfi toplantı keçirən 10 amerikalı casusun adları açıqlanıb.


Henri Barkey

CİA-nın Türkiyə üzrə keçmiş mütəxəssisi.


Qraham Fuller

CİA-nın İstanbul masasının keçmiş şefi. Fətullah Gülənə ABŞ-da yaşamaq hüququ verilməsində böyük rol oynayıb.


Ellen Laipson

ABŞ Qlobal Təhlükəsizlik Konseyi rəhbərinin keçmiş köməkçisi, Yaxın Şərq Siyasətləri İnstitutunun analitiki. Laipson 2009-2013-cü illərdə ABŞ prezidenti Barak Obamanın yanında Kəşfiyyat Qurumunun üzvü olub.


Ali Vaez

ABŞ-da fəaliyyət göstərən "Vudro Vilson" beyin mərkəzinin rəhbərlərindəndir. Beynəlxalq Böhran Qrupunun İran bölümünün direktoru.


Mesud Karokhail

"Bonn Beynəlxalq Mərkəzi" və "The Liaison Center" kimi bir çox beyin mərkəzinin Yaxın Şərq üzrə analitiki.


Samir Sumaidaie

İraqın ABŞ-dakı keçmiş səfiri.


Marva Daoudi

Beynəlxalq münasibətlər və yaxın Şərq üzrə mütəxəssis.


Silvia Tiryaki

Slovakiya əsilli siyasi analitik. İsrail-İsrail münasibətləri, Ermənistan və Yaxın Şərq üzrə mütəxəssis.


Ahmed Morsi

"Karnegi" fondunun mütəxəssisi. Yaxın Şərq, Misir, İran və ABŞ üzrə analitik. 15-19 iyul tarixlərində Türkiyədə olub.


Ellie Qeranmayeh

Avropa Xarici Münasibətlər Konseyinin mütəxəssisi.


Bu şəxslərlə Türkiyə tərəfi bu şəxslər haqda cinayət işi açıb. Ən maraqlısı isə ABŞ-da məhbus olan killerin həmin gecə Türkiyəyə gəlməsidir.

"Ölüm kamerası"nda olan killerin gizli Türkiyə səfəri


Skot Li Peterson 2002-ci ildə hamilə olan həyat yoldaşını öldürdüyü üçün həbs olunub. Ömürlük həbs cəzasına məhkum edilib və hazırda onun Kaliforniyadakı "San Quentin" həbsxanasında "ölüm kamerasında" olduğu deyilir.

"Akşam" qəzeti isə yazır ki, 44 yaşında olan Peterson 13 iyulda Türkiyəyə gəlib və casusların məxfi toplantısında iştirak edib. S. Petersonun rəsmi şəkildə məhkum olduğu deyilsə də, o, qeyri-rəsmi şəkildə azadlıqdadır. Ən maraqlısı isə "Büyükada Splendid Palace" otelində məxfi toplantı keçirənlərin 15 iyuldan sonra müxtəlif vaxtlarda ölkəni tərk etməsinə baxmayaraq, Petersonun hələ də Türkiyədə olmasıdır.


Ehtimallara görə, S. Peterson dövlət çevrilişi baş tutmayandan sonra Türkiyədə həyata keçiriləcəyi gözlənilən sui-qəsdlərdə iştirak edəcək. Bu sui-qəsdlərin tanınmış siyasətçilərə, ictimai xadimlərə, etnik və dini liderlərə qarşı olacağı iddia olunur. Amma bu məsələlərlə bağlı Vaşinqton hələlik susur.

ABŞ Dövlət katibi Con Kerri avqustun 24-də Türkiyəyə səfər edəcək. Onun Türkiyə səfərinin Fətullah Gülənin ekstradisiyası ilə bağlı olduğu deyilir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə bu gün Türkiyəyə gedib.

N. Nazarbayev səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşüb. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Qazaxıstanın FETÖ məktəblərini bağlamaqdan imtina etməsi fonunda bu səfər diqqəti cəlb edir.

ABŞ isə Orta Asiyada yeni ittifaq yaratmaq üçün hərəkətə keçib.

Məlumata görə, ABŞ və Orta Asiya ölkələrinin xarici işlər nazirlərinin "C5+1" formatlı qrupunun Vaşinqtonda görüşü keçirilib.

Görüşdə ABŞ-ın xarici işlər naziri Con Kerri, Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov, Qırğızıstanın xarici işlər naziri Yerlan Abdildayev, Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov, Tacikistanın xarici işlər naziri Siraceddin Aslov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov iştirak ediblər.

Görüşdə həmçinin ABŞ-ın bu ölkələrlə iqtisadi və ekologiya sahəsində əməkdaşlığının daha gücləndiriləcəyi vurğulanıb. Görüş zamanı Con Kerri deyib ki, Parisdə imzalanan beynəlxalq iqlim müqaviləsinin şərtlərinə əsasən ABŞ Orta Asiya ölkələrinə dəstəyini davam etdirəcək.

Rusiya isə ABŞ-ın Asiyanın "ürəyinə" girməsinə imkan vermək niyyəti yoxdur.

Bu kontekstdə Rusiyanın Qazaxıstana 5 ədəd "S-300" zenit raket kompleksi verməsi diqqət çəkir. Artıq Qazaxıstan hökuməti göndərilən "S-300" zenit raket komplekslərini təslim alıb.


Rusiyanın müdafiə naziri Sergey Şoyqu Astanaya səfər edib. Astanada Sergey Şoyqu ilə Qazaxıstanın müdafiə naziri İmangali Tasmagambetov arasında görüş keçirilib. Görüş zamanı hərbi və müdafiə sahəsində əməkdaşlıq, regional beynəlxalq məsələlərlə bağlı müzakirələr aparılıb. Sergey Şoyqu bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, 5 ədəd "S-300" zenit raket kompleksi və ona aid olan 170 müdafiə raketi Qazaxıstan tərəfindən təhvil verilib.

Bu gün Ermənistan partlayıb.

Partlayış Gümrüdə qazdoldurma məntəqəsində baş verib. Nəticədə 2 nəfər xəsarət alıb.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın isə ABŞ-a yerləşdiyi xəbəri yayılıb.

Məlumata görə, Koçaryan artıq iki ildir ki ailəsi ilə birlikdə ABŞ-da yaşayır. O, yalnız hansısa hadisələr zamanı Ermənistana gəlir. Bəzən də biznesinin olduğu Moskvaya gedir.

Bu xəbər Azərbaycanın sabiq spikeri Rəsul Quliyevin də ABŞ-da yaşaması kontekstində diqqət çəkir. Ümumiyyətlə post-sovet məkanında siyasətçilərin Avropadan daha çox Amerikadan sığınacaq alması müşahidə olunur.

Ermənistandan Bakıya gələn şəxs isə azadlığa buraxılıb.

Onun azadlığa buraxılması barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.

Belarus vətəndaşı olan Sergey Timofeyeviç bu il martın 25-i saat 01:30 radələrində Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polisi Alayının əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonunda Bakı Metropoliteninin havalandırma sisteminin borusundan işəri keçmək istəyən Belarus vətəndaşı Sergey Timofeyeviç İlyevskiy saxlanılıb. S.İlyevskinin üzərinə baxış nəticəsində onun Tbilisi, Yerevan metro stansiyalarında və depolarında çəkdiyi şəkillər, eləcə də Bakı Metropoliteninin sxemi, mobil telefon və pul aşkarlanıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm