İlham Əliyevin İrana rəsmi səfəri başa çatdı - VİDEO
Bizi izləyin

Nida.az

İlham Əliyevin İrana rəsmi səfəri başa çatdı - VİDEO

Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başa çatıb.

Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başa çatıb. Prezident Bakıya qayıdıb.

Xatırladaq ki, İranda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin dövlət başçısı Həsən Ruhani ilə görüşüb. Prezidentlər arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

Görüşdən sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib. İran mətbuatının verdiyi xəbərə görə, Azərbaycanla İran arasında əməkdaşlıq haqqında bir neçə sənəd imzalanıb.

İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev aprelin 9-da Tehranda bu ölkənin ali dini lideri Ayətullah Seyid Əli Xamneyi ilə də görüşüb./Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm