Nida.az
İran Prezidenti Həsən Ruhani Azərbaycanın din xadimləri ilə görüşüb
Publika.az xəbər verir ki, ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycanın din xadimləri və ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, həmçinin din xadimləri, Milli Məclisin deputatları, rəsmi şəxslər iştirak ediblər.
İran Prezidentini salamlayan şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, tarixi və dini tellərlə bağlı olan Azərbaycan ilə İranın əməkdaşlığı sülh və əmin-amanlığa, dövlətlərimizin inkişafına, xalqlarımızın rifahına xidmət edir. Diqqətə çatdırılıb ki, Azərbaycanda bütün dinlərin nümayəndələri bir yerdə sülh şəraitində yaşayırlar və ölkəmizdəki tolerantlıq dünya üçün nümunədir. Azərbaycan nadir ölkələrdəndir ki, burada vəhdət namazları qılınır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, Azərbaycanda İslam dininin abidələrinə xüsusi diqqətlə yanaşılır. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub və dövlətimizin başçısı da bunu uğurla davam etdirir.
Azərbaycana səfərindən məmnunluğunu bildirən İran Prezidenti Həsən Ruhani ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, münasibətlərimizin son illərdə xüsusilə inkişaf etdiyini deyib. Ali qonaq bildirib ki, İran Prezidenti seçiləndən sonra Azərbaycan Prezidenti ilə dəfələrlə görüşüb və bu da ölkələrimiz arasında münasibətlərin dərinləşməsində mühüm əhəmiyyət daşıyır.
İran Prezidenti Azərbaycan xalqına sevgi hissi ilə yanaşdığını vurğulayıb.
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO