Putin Ruhani ilə görüşə görə İlham Əliyevə təşəkkür etdi
Bizi izləyin

Nida.az

Putin Ruhani ilə görüşə görə İlham Əliyevə təşəkkür etdi

Bakıda Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında görüş keçirilib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya prezidenti Tehrana son səfərini xatırladaraq, həmin vaxtdan sonra ikitərəfli münasibətlərdə irəliləyişlərin olduğunu vurğulayıb.

"Bu vaxt ərzində çoxplanlı xarakter daşıyan münasibətlərimizin inkişafında böyük yol qət etmişik. Bura siyasi, iqtisadi və digər istiqamətlər aiddir", - deyə o bildirib.

V. Putin Bakı görüşü təşkil etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: "Çünki bu görüş bizə regiondakı vəziyyətlə bağlı üçtərəfli formatda danışmaq imkanı verib".


İran prezidenti Həsən Ruhani da görüşdən məmnun olduğunu bildirib. Qeyd edib ki, Rusiya və İran arasında hərtərəfli əlaqələrin inkişafından şaddırlar.

"Biz üç ölkə arasında və regionumuzda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, həmçinin, üçtərəfli münasibətlərin inkişafında mühüm rol oynaya bilərik", - deyə Ruhani bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm